Fənlərarası tədqiqatlara həsr olunmuş “Beynəlxalq yay məktəbi” açılıb
10.09.2014 [09:51]
Sentyabrın 9-da AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda fənlərarası tədqiqatlara həsr olunmuş “Beynəlxalq yay məktəbi” açılıb.
AzərTAc xəbər verir ki, yay məktəbinin açılışında Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə çıxış edərək Bakı Beynəlxalq Humanitar Forumu ərəfəsində keçirilən tədbirin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edildiyini söyləyib. Vurğulayıb ki, layihədə azərbaycanlı mütəxəssislərlə yanaşı, Fransa universitetlərinin alimləri də iştirak edir.
Qeyd olunub ki, həm Azərbaycan alimlərinin təcrübəsini beynəlxalq miqyasda tanıtmaq, həm də Fransa mütəxəssislərinin nailiyyətlərini öyrənmək baxımından tədbir əhəmiyyətlidir.
Gənc alimlərə dəstək verməyin dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanaraq artıq 2 ildir ölkəmizdə gənc alimlərin Beynəlxalq Bakı Forumunun keçirildiyi bildirilib. Həmçinin hər il onlarla gənc alimin beynəlxalq tədbirlərdə iştirak etdiyi diqqətə çatdırılıb.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye iki ölkə arasındakı əlaqələrdə yüksək nəticə əldə olunduğunu deyib. O cümlədən təhsil sahəsində də Fransanın bir sıra institutları ilə əlaqələr qurulduğunu, azərbaycanlı tələbələrin bu ölkədə təhsil alması üçün imkanlar yaratdıqlarını söyləyib.
Akademik Teymur Kərimli XXI əsrin aparıcı motivinin dialoq olduğunu qeyd edərək bildirib ki, bunun vasitəsilə mədəniyyətlər, sivilizasiyalar bir-birini başa düşür. Bu baxımdan fənlərarası dialoqun əhəmiyyəti də danılmazdır.
Diqqətə çatdırılıb ki, artıq 4-cü dəfə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətin inkişafının dialoqdan asılı olduğunu bir daha göstərir.
Sofiya-Anti Polis Universitetinin hüquq və ictimai elmlər fakültəsinin dekanı Kristian Vallar və İtaliyanın Genuya şəhərində Azərbaycanın fəxri konsulu Marqarita Kosta bildiriblər ki, bu tədbirdə olmaq onlar üçün şərəfdir.
Qeyd edilib ki, həm Fransa, həm də Genuya universitetləri və alimləri arasındakı əməkdaşlığa dövlət səviyyəsində dəstək verilir. Universitetlər mədəni əlaqələrin inkişaf etdirilməsinə şərait yaradır.
Sonra professor İlham Məmmədzadənin “Fənlərarası tədqiqatlar məsələsinə dair” mövzusunda məruzəsi dinlənilib.
Sentyabrın 11-də yekunlaşacaq “Beynəlxalq yay məktəbi”ndə yerli və Fransa mütəxəssislərinin məruzələri dinləniləcək və mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59

