“Qəbul imtahanlarında 700 bal toplamaq mənim üçün sürpriz oldu”
24.07.2014 [09:59]
Samir Rzayev II ixtisas qrupu üzrə qəbul imtahanında maksimal nəticəyə imza atıb
İyulun 22-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) II və III ixtisas qrupunun abituriyentləri üçün keçirilmiş qəbul imtahanının nəticələrini elan edib. TQDK-nın qəbul imtahanının nəticələri barədə açıqlamasına görə, imtahanda iştirak etmiş abituriyentlərdən iki nəfəri maksimum nəticə əldə edib. Belə ki, II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında Samir Rzayev və Qoşqar Qədimbəyli ən yüksək nəticəyə imza atıblar. III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında isə 700 bal toplayan olmayıb.
II ixtisas qrupu üzrə imtahandan 700 bal toplayan abituriyentlərdən biri-Samir Rzayev Bakı Dövlət Universitetinin nəzdində yaradılmış Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunudur. O, imtahan zamanı cavabları yaxşı yazsa da, nəticələrin maksimum olacağını gözləmirmiş. S.Rzayev bildirib ki, 700 bal toplayaraq maksimal nəticəyə imza atmaq çox gözəl, fərqli hissdir: “Sualların cavablarını yaxşı yazdığımı bilirdim, amma 700 bal mənim üçün sürpriz oldu. 700 balı gözləmirdim. Eşidəndə əvvəlcə, heç bir şey hiss etmədim. Sonra əlbəttə ki, böyük sevinc hissi yaşadım. Ailəm də xəbəri eşidəndə çox sevindi”.
Samir deyib ki, imtahanlara oxuduğu liseydə hazırlaşıb. O, artıq ixtisas seçimi haqda da fikrini qətiləşdirdiyini və ADA Universitetində təhsilini davam etdirmək niyyətində olduğunu söyləyib: “İstədiyim ixtisas “Biznesin idarə edilməsi”dir. ADA Universitetində təhsil almaq istəyirəm”.
Qeyd edək ki, əslən Şuşa rayonundan olan Samir bu gün ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan razı olduğunu bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət Azərbaycanda müasir texnologiyaların geniş şəkildə tətbiqinə yol açıb.
Təbii ki, bu şad xəbər Samir Rzayevin ailəsində də böyük sevinclə qarşılanıb. Qəzetimizə danışan Samirin atası-Zahid Rzayev bildirib ki, bəzi hisslər var ki, onu sözlə izah etmək mümkün deyil. Hazırda gözəl və fəxr ediləsi hisslər keçirdiyini söyləyən Z.Rzayev Samirin hər zaman dərslərinə məsuliyyətlə yanaşdığını bildirib. Onun sözlərinə görə, qrup və ixtisas seçimində də oğluna heç bir təsir göstərməyib: “II ixtisas qrupunu seçməsi də özünün istəyi ilə olub. Təbii ki, Samirin bu cür gözəl nəticəyə imza atmasında təhsil aldığı məktəbin də rolu böyükdür”.
Vergilər Nazirliyinin əməkdaşı olan Z.Rzayev dövlətimizin təhsilə qayğısını olduqca yüksək qiymətləndirib. O bildirib ki, Prezident İlham Əliyev hər zaman təhsilin səviyyəsinin artırılmasına, o cümlədən, təhsil ocaqlarının maddi-texniki bazasının yeni dövrə uyğun şəkildə müasirləşdirilməsinə xüsusi diqqət göstərib. Z.Rzayev Heydər Əliyev Fondunun ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirdiyi layihələrə də toxunub. Qeyd edib ki, yaradılan gözəl, müasir mühit gənclərimizin daha yaxşı oxumasına, təhsilə daha diqqətlə yanaşmasına şərait yaradır.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04

