Daşkəsən rayonunda 2014-cü ilin birinci yarımili uğurlu nəticələrlə yadda qalıb
19.07.2014 [11:08]
Dünən Daşkəsən rayonunda 2014-cü ilin I yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilib. Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq qeyd edib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən müasir zamanın tələblərinə uyğun şəkildə davam və inkişaf etdirilən siyasi kursu ölkəmizin əldə etdiyi uğurların əsas amillərindən biridir. Bu uğurlar qısa zaman kəsiyində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və mükəmməl iqtisadi strategiya nəticəsində əldə olunub. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, dayanıqlı maliyyə ehtiyatlarının yaradılması, investisiya siyasətinin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, sosial infrastrukturun yenidən qurulması və digər islahatlar Azərbaycan iqtisadiyyatının kompleks inkişafını təmin edib. Bu isə məhz qeyd etdiyimiz Dövlət proqramlarının düzgün icrasının və ölkə rəhbərliyinin regionların inkişafına qayğısının, ali diqqətinin nəticəsidir.
Daha sonra rayonda ilin birinci yarısında həyata keçirilən layihələr və yenidənqurma işləri haqqında məlumat verən İcra Hakimiyyətinin başçısı deyib ki, Daşkəsən rayonunda da 2014-cü ilin birinci yarısında bir çox işlər görülüb və nailiyyətlər əldə olunub. Belə ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən müxtəlif sahələr üzrə xeyli artıb: “Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində inanırıq ki, Azərbaycanın təbii sərvətlərlə zəngin sənaye rayonu olan Daşkəsən 2014-cü ildə özünün ən sürətli inkişaf dövrünü yaşayacaqdır. Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması, Daşkəsən Filizsaflaşdırma Kombinatının yenidən fəaliyyətə başlaması böyük bir sənaye kompleksinin yaranması deməkdir. Aidiyyəti ünvanlarla bu sahənin inkişafı üzrə müqavilələr bağlanmışdır. Müqaviləyə əsasən “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC 12 ədəd yeni “BelAZ” markalı karxana yük avtomobili alacaqdır. Həmin maşınlardan dəmir filizi hasilatında istifadə ediləcək, bununla da hasil olunan filizin maya dəyərinin 20 faiz aşağı düşməsinə imkan yaranacaqdır”.
İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev daha sonra bildirib ki, 2014-cü ilin birinci yarısı ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülüb və hazırda da həmin işlər davam etdirilməkdədir: “Cari ilin keçən dövrü ərzində Statistika idarəsinin yeni müasir inzibati binası istifadəyə verilmişdir. Alunitdağ qəsəbə, Kəmərqaya, Astaf kənd tam, Əhmədli, Xoşbulaq kənd ümumi orta məktəblərində və Quşçu kənd uşaq bağçasında əsaslı təmir işlərinə başlanılmış və hazırda həmin işlər davam etdirilir. Qabaqtəpə kənd xəstəxanasında, Zəylik və Çovdar tibb məntəqələrində əsaslı, Xoşbulaq 2 saylı, Qazaxyolçular kənd kitabxanalarında və Quşçu kənd mədəniyyət evində cari təmir işləri aparılmışdır. Çovdar qızıl zavodunun tikintisi davam etdirilmiş, hazırda zavodda son tamamlanma işləri aparılır. Yatağın tam istifadəyə verilməsi burada 300 nəfər əhalinin işlə təmin olunmasına imkan yaradacaqdır. Daşkəsən rayonunda gənclər üçün yeni müasir tipli təlim və istirahət mərkəzinin tikintisi başa çatdırılmışdır. Heydər Əliyev mərkəzində əsaslı tikinti-təmir işlərinə başlanmış və hazırda həmin işlər yüksək səviyyədə davam etdirilir. Quşçu qəsəbəsində 16 mənzilli yeni yaşayış binasının tikinti işləri başa çatdırılmaqdadır. 2013-cü ildə Daşkəsən rayonunda İcra Hakimiyyəti üçün yeni müasir tipli inzibati binanın tikintisinə başlanılmış, tezliklə son tamamlama işləri yerinə yetirilərək bu binanın açılışı olacaqdır. Daşkəsən şəhərində yeni avtovağzal kompleksinin tikintisi başa çatmışdır. Daşkəsən şəhərində 25-dən artıq çoxmərtəbəli yaşayış binasının dam örtüyü dəmir lövhələrlə əvəz olunmuş və həmin işlər davam etdirilir. Şəhərimizdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır. 2015-ci ildə Daşkəsən rayonunda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir - bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Rayonumuzda əlavə olaraq yeni yaşayış binalarının, evlərinin tikintisinin aparılması sahəsində aidiyyəti üzrə respublika tabeli qurumlar tərəfindən tədbirlər görülməlidir. Bu istiqamətdə işlərin görülməsi üçün Xoşbulaq kəndi ərazisində əlverişli şərait vardır”.
“Bu gün “Yeni Daşkəsən” layihəsi bütün rayon ictimaiyyəti tərəfindən bəyənilir və dəstəklənir”, - deyən Ə.Abıyev, həmçinin, rayonda digər sahələrdə də əldə olunan nailiyyətlər haqqında məlumat verib.
Daha sonra Daşkəsən rayonu üzrə Maliyyə idarəsinin rəisi Natiq Zeynalov, rayon icra hakimiyyəti başçısının Daşkəsən şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Nüsrət Vəliyev, rayon ƏSMM-nin direktoru Ülfət Əhmədov çıxış edib, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, qarşıda duran vəzifələrin icrasından danışıblar. Yığıncağın sonunda toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

