Azərbaycanın idarəçilik təcrübəsi beynəlxalq tədris proqramlarında
17.07.2014 [04:56]
Azərbaycan Prezidenti İlham Əliyevin innovativ dövlət idarəçiliyi təcrübəsi və onun təməlində dayanan elm və texnologiyaların, bilik iqtisadiyyatı, elmyüklü istehsalın həvəsləndirilməsi, eyni zamanda, rəqabətədavamlı elmi-intellektual insan potensialının inkişaf etdirilməsi kimi amillərlə bağlı biliklər bir müddətdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yeni tədris proqramlarına daxil edilib və tədrisin müxtəlif pillələrində öyrənilir.
Azərbaycanın Prezidentinin uğurlu dövlət idarəçiliyi strategiyası, bu strategiyanın həyata keçirilməsi nəticəsində formalaşan özünəməxsus inkişaf modelinin tədrisi təcrübəsi Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlıq edən elm və təhsil qurumlarının da böyük marağına səbəb olub.
Məhz bu marağın təmin edilməsi məqsədilə bu günlərdə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun “Davamlı insan inkişafı və ekoloji sivilizasiyanın əsasları” adlı dərsliyi Türkiyənin Anadolu Universitetinin təşəbbüsü ilə türk dilinə tərcümə edilib. Türk dilində “Sürdürülebilir İnsani Gelişim və Ekoloji Sivilizasyonun Esasları” adlanan bu kitabda qloballaşan dünyada müstəsna əhəmiyyət kəsb edən və xüsusi aktuallığı ilə seçilən, BMT tərəfindən XXI əsrin prioriteti kimi müəyyənləşdirilmiş davamlı insan inkişafı konsepsiyası, insan inkişafı amilləri və göstəriciləri, onların qiymətləndirilməsi, ekoloji sivilizasiyanın xüsusiyyətləri, ətraf mühitin idarə edilməsi, bu istiqamətdə tətbiq edilən idarəetmə texnologiyaları, davamlı inkişafın planlaşdırılması məsələləri və BMT-nin Azərbaycan Respublikasında insan inkişafı haqqında hesabatları barədə ətraflı bilgi və təhlillər yer alıb. Kitabda, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESCO, Dünya Bankı və digər nüfuzlu qurumlar tərəfindən hazırlanmış hesabatlar əsasında Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və əldə olunmuş uğurlar mərhələ-mərhələ araşdırılıb və əsaslandırılıb. Qeyd olunub ki, beynəlxalq statistik hesabatlarda əksini tapan gerçəkliklər ilk növbədə dövlətimizin başçısının uğurlu idarəetmə bacarığının göstəricisidir. Bununla yanaşı, ölkənin həm iqtisadi, həm də sosial inkişafı, eyni zamanda, güclü beynəlxalq statusunun formalaşmasında, institusional sahədə islahatların müvəffəqiyyətlə nəticələnməsində dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, xüsusilə Heydər Əliyev Fondu, onun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi rolu var.
Nəticə etibarilə kitabın Anadolu Universitetinin nəşriyyatında çap edilməsində məqsəd Azərbaycanın uğurlu inkişaf modeli haqqında Türkiyə ictimaiyyətini məlumatlandırmaq, eləcə də elmi dairələri analitik elmi müqayisə və təhlillər aparmaq üçün dəyərli mənbə ilə təmin etməkdən ibarətdir. Ali məktəb müəllimləri və tələbələri, elmi ictimaiyyət, sahə üzrə mütəxəssislər üçün nəzərdə tutulmuş dərsliyin elmi mənbə kimi beynəlxalq tədris proqramlarında istifadəsi nəzərdə tutulur. Nəşr olunan əsər Anadolu Universiteti tərəfindən Türkiyənin 120 dövlət qurumuna, 130 universitet və elmi tədqiqat mərkəzinə göndərilib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

