“Müsavat”ın Qazax rayon təşkilatının keçmiş sədri YAP-ın sıralarına qoşulub
15.07.2014 [09:57]
İsmayıl Miralayev: Ən doğru seçim Yeni Azərbaycan Partiyasıdır
Radikal müxalifət partiyalarının cəmiyyətdə sosial dayaqlarının olmaması hər kəsə bəllidir. Təbii ki, bu düşərgənin ictimai dəstəkdən məhrum olmasının ciddi səbəbləri var. Bunun əsas səbəbi isə radikalların milli maraqlara zidd olan fəaliyyət sərgiləmələridir. Məhz bu amil zaman-zaman həmin düşərgədə olan insanların düşərgə partiyalarının sırasını tərk etmələrinə səbəb olub. Bu tendensiya ilbəil özünü daha qabarıq şəkildə büruzə verir. Xüsusilə, radikal partiyaların müəyyən xarici qüvvələrin ölkəmizin əleyhinə apardıqları fəaliyyətdə alət olmaları cəmiyyətimizdə birmənalı şəkildə qəbul edilmir.
Təbii ki, bu partiyalar sırasında “Müsavat” xüsusilə seçilir. Belə ki, sözügedən partiyanın antimilli fəaliyyəti nəticəsində “Müsavat”ın sıralarını tərk edənlərin sayı kifayət qədərdir. Yeri gəlmişkən, “Müsavat”ı tərk edənlərin əksəriyyəti isə Yeni Azərbaycan Partiyasına (YAP) üz tuturlar. Onlardan biri də Müsavat Partiyası Qazax rayon təşkilatının sabiq sədri İsmayıl Cahangir oğlu Miralayevdir. Məlumat üçün bildirək ki, İ.Miralayev 1994-cü ildə “Müsavat”ın sıralarına qoşulub, 1997-2005-ci illərdə Müsavat Partiyası Qazax rayon təşkilatının sədri olub. 2005-ci il parlament seçkiləri ərəfəsində 100 nəfər “Müsavat”çı ilə birlikdə bəyanat verərək bu partiyanı tərk edib. Beləliklə, rayon təşkilatı bütövlükdə istefaya gedib.
Bu ilin iyul ayında isə İ.Miralayev Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün partiyanın Qazax rayon təşkilatına ərizə ilə müraciət edib. Müraciətdə bildirilir: “Mən Yeni Azərbaycan Partiyasının Nizamnamə və Proqramını oxuyub tanış olmuşam və bəyənirəm. Partiyanın apardığı xarici və daxili siyasəti dəstəkləyirəm. Heydər Əliyev ideyalarına sadiq qalacağıma söz verirəm”.
İ.Miralayev əməkdaşımızla söhbətində 2005-ci ildə Müsavat Partiyasından istefa verdikdən sonra da müxalifət daxilində gedən prosesləri izlədiyini deyib: “Müşahidələrim əsasında belə qənaətə gəldim ki, müxalifət partiyaları heç zaman milli maraqlarımızı, Qarabağı düşünmür. Onlar yalnız şəxsi məqsədlərinə çatmağa çalışırlar və işləri bir-birlərilə didişməkdir”.
2005-ci ildə Müsavat Partiyası Qazax rayon təşkilatının bütün üzvlərinin bəyanatla çıxış edərək istefa verdiklərini deyən həmsöhbətimiz bildirib ki, bundan sonra burada İlqar Mustafayev adlı bir nəfər özünü rayon təşkilatının sədri elan edib. Onun sözlərinə görə, bu şəxs guya konfrans keçirmək istəsə də, öz ətrafına cəmi 5-6 nəfər toplaya bilib.
“Bütün bu proseslərin fonunda mən müşahidə etmişəm ki, ən doğru seçim Yeni Azərbaycan Partiyasıdır. Artıq bu partiyaya üzv olmaq istəyimlə bağlı verdiyim ərizəni YAP Qazax rayon təşkilatı qəbul edib. Mən artıq YAP-ın üzvüyəm və hazırda partiya vəsiqəsinin verilməsini gözləyirəm” - deyə, İ.Miralayev qeyd edib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49

