Binəqədi rayonu daha bir ilkə imza atıb
10.07.2014 [09:55]
Yerli icra hakimiyyətləri arasında ilk dəfə olaraq məhz Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində bir sıra ünvanlarda elektron informasiya köşkləri quraşdırılıb
İyulun 9-da Binəqədi rayonunda elektron informasiya köşklərinin təqdimatı olub. Tədbiri giriş sözü ilə açan Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov modern və çevik idarəetmənin təmin olunması, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında təşkil edilməsi məqsədi ilə son illər mühüm tədbirlər görüldüyünü diqqətə çatdırıb.
İ.Süleymanov bu istiqamətdə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən zəruri addımların atıldığını bildirib, Binəqədi RİH-də Avtomatlaşdırılmış İnformasiya Sisteminin, qısa vaxt ərzində sakinlər tərəfindən böyük rəğbətlə qarşılanan yerli icra hakimiyyətləri arasında ilk dəfə olaraq xüsusi texniki vasitələrlə və müvafiq proqram təminatı ilə təchiz edilmiş Sakinlərin Müraciət Xidmətinin yaradılmasını qeyd edib. Bununla yanaşı, natiq RİH başçısı Aparatı ilə rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlar arasında elektron şəkildə yazışmalar aparılması üçün həmin qurumlara avtomatlaşdırılmış informasiya sistemindən istifadə imkanı yaradıldığını da bildirib. İ.Süleymanov, həmçinin, “Prezident İlham Əliyevin dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının uğurlu tətbiqi işinə ayırdığı diqqət vətəndaş məmnunluğuna nail olmaq baxımından çox böyük əhəmiyyət daşıyır” deyib.
O da qeyd olunub ki, yerli icra hakimiyyətləri arasında ilk dəfə olaraq məhz Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində bir sıra ünvanlarda elektron informasiya köşkləri quraşdırılıb.
Sonra Binəqədi RİH başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov informasiya köşklərinin iş prinsipi barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, hazırda rayon ərazisində İcra Hakimiyyətinin elektron informasiya köşklərinin Azadlıq prospekti 157 ünvanında yerləşən “Favorit” marketdə, 8-ci mikrorayon İ.Dadaşov küçəsi 60 ünvanında yerləşən “Bizim market”də və metronun “Azadlıq prospekti” stansiyasında quraşdırıldığını bildirib, yaxın gələcəkdə bu köşklərin əhatə dairəsinin genişlənəcəyi və rayonun bütün inzibati ərazi dairələrini əhatə edəcəyi barədə məlumat verib. İnteraktiv formada keçirilən təqdimatda E.İmanov jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev və “ASAN xidmət”in Strateji araşdırmalar və sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərovun çıxışları ilə davam edən tədbir Binəqədi rayon İcra Hakimiyyətinin elektron informasiya köşklərinin təbliğatı ilə əlaqədar hazırlanmış sosial reklam çarxının nümayiş etdirilməsi ilə yekunlaşıb. Tədbirdən sonra qonaqlar və media nümayəndələri Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binası ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxAnalitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37

