/ / IDEA “Panthera” təşkilatı ilə birgə Qafqaz bəbirinin qorunması istiqamətində yeni layihəyə başlayıb
IDEA “Panthera” təşkilatı ilə birgə Qafqaz bəbirinin qorunması istiqamətində yeni layihəyə başlayıb
13.05.2014 [09:34]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi ilə “Panthera” - vəhşi pişikkimilərin mühafizəsi üzrə dünyanın nüfuzlu təşkilatı arasında gələcək əməkdaşlığa dair qarşılıqlı anlaşma memorandumu imzalanıb.
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və “Panthera” təşkilatının sədri Tomas S.Kaplan tərəfindən imzalanan memoranduma əsasən, Azərbaycanda bəbirlərin yaşayış vəziyyətinin qiymətləndirilməsi və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş bu populyasiyanın mühafizəsi ilə bağlı planın hazırlanması nəzərdə tutulub.
“Panthera” təşkilatı, həmçinin Azərbaycan alimlərinə Qafqaz bəbirinin qorunması istiqamətində tədqiqat və mühafizə metodologiyasının hazırlanmasına yardım göstərəcək.
IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyeva deyib: “Biz çox şadıq ki, vəhşi pişikkimilərin qorunması üzrə dünyanın aparıcı təşkilatı olan “Panthera” ilə strateji əməkdaşlıq haqda müqavilə bağladıq. “Panthera” Azərbaycanın təbii irsinin simvollarından olan Qafqaz bəbirləri və onların ekosisteminin qorunması ilə əlaqədar həyata keçirdiyimiz proqramla bağlı təcrübəyə malikdir”.
Tomas S.Kaplan Azərbaycanın bəbir populyasiyasının qorunması və sayının artırılması istiqamətində təşəbbüsünü dəstəklədiyini bildirərək deyib: “Bu həftə dünya üzrə bəbirlərin qorunması ilə bağlı ilk proqrama - “Pardus” layihəsinə start verilmişdir. Bu istiqamətdə artıq IDEA ilə birgə fəaliyyətə başlamağımız da təqdirəlayiqdir”.
Qeyd edək ki, “Panthera” ilə beynəlxalq əməkdaşlıq çərçivəsində ilk addım kimi Azərbaycan bəbirlərinin yaşayış yerlərini və saylarını müəyyənləşdirmək üçün təşkilat tərəfindən 20 müşahidə kamerası IDEA İctimai Birliyinə təqdim edilib.
Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (İUCN) nəsli kəsilməkdə olan heyvan növlərinə aid etdiyi Qafqaz bəbirinin sayı Yaxın Şərq və Asiyada 1000-dən az, Qafqaz regionun cənub-qərb hissəsində, Azərbaycan ilə İran sərhədində isə 25-ədəkdir.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

