“Böyük qələbəyə inamla” sənədli filminin təqdimatı olub
06.05.2014 [08:52]
Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Bahar Muradovanın təşəbbüsü, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Füzuli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə çəkilmiş, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş “Böyük qələbəyə inamla” sənədli filminin mayın 5-də təqdimat mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbiri açan Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev sənədli film haqqında danışıb. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində 1993-cü ilin avqustunda Füzuli rayonu da düşmən tərəfindən işğal olunub.
Daha sonra “Böyük qələbəyə inamla” sənədli filmi nümayiş olunub. Filmdə Füzuli rayonunun tarixi və memarlıq abidələri haqqında ətraflı məlumat verilir.
Milli Məclis sədrinin müavini Bahar Muradova tədbirdə çıxış edərək “Böyük qələbəyə inamla” sənədli filminin əhəmiyyətindən danışıb. Bahar Muradova vurğulayıb ki, film tariximizə nəzər salmaq baxımından çox önəmlidir. Bu film həm də fədakar insanlar haqqında bir hekayədir: “Hər bir azərbaycanlı fəxr etməlidir ki, qədim tarixə malik bir xalqın nümayəndəsidir. Azərbaycan xalqının qədim mədəniyyəti, zəngin tarixi keçmişi, qəhrəmanlıq salnaməsi vardır. Bütün bunlar həm də xalqımızı uğurlu gələcəyə aparan bir yoldur. Xalqımız bu tarixi yolu keçərkən bir çox çətinliklərlə üzləşib. Bunu filmdəki kiçik kadrlar da sübut edir. Amma biz xarakterimizə uyğun olaraq çətinliklərlə üzləşdiyimiz zaman heç vaxt qürur hissimizi itirmədik. Sabaha inamla yaşadıq. Hər şeyin yaxşı olacağına inandıq”.
Bahar Muradova diqqətə çatdırıb ki, Azərbaycan xalqı Füzuli əhalisinin timsalında öz ordusuna, dövlətinə, öz siyasi ideologiyasına, Prezidentinə inanır. Bu inamı Azərbaycanın qurucusu və memarı, Ümummilli lider Heydər Əliyevin siyasi ideologiyası şərtləndirir. Bütün qələbə və uğurlarımız da məhz bu inamdan doğur.
Milli Məclis sədrinin müavini əminliklə bildirib ki, yurd-yuvasından didərgin düşmüş hər bir insan qısa müddətdən sonra uğrunda vuruşduğumuz o torpaqlara qayıdacaq. Şəhid olmuş hər bir insanımız, dağıdılmış hər bir mədəni-milli abidəmiz üçün düşmən cavab verəcək. Yaşadıqlarımız bizi nəticə çıxarmağa vadar edir, bizi bu dövlətə, onun taleyinə sahiblik hissinə məsuliyyətlə yanaşmağa çağırır.
Bildirilib ki, filmin məqsədlərindən biri də təmas xəttində müxtəlif məhrumiyyətlərə məruz qalmış insanların necə böyük fədakarlıqla, qəhrəmanlıqla, yurduna bağlılıq hissi ilə yaşadığını göstərməkdir.
Horadiz döyüşündən söhbət açan Bahar Muradova bunun hərb tariximizin ən şanlı səhifələrindən biri olduğunu söyləyib.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Füzulinin 22 yaşayış məntəqəsinin işğaldan azad edilməsi, həmin ərazilərdə aparılan yenidənqurma və bərpa işlərindən danışıb.
Füzulinin tarixi, ziyalıları barədə iştirakçılara məlumat verən Baş nazirin müavini bu rayonun ölkəmizin qədim yaşayış məskənlərindən biri olduğunu bildirib. Əli Həsənov qeyd edib ki, dünyada ən qədim yaşayış məskəni olan Azıx və Tağlar mağara düşərgələri tarixi mədəniyyət nümunələri ilə zəngin olan bu rayonun ərazisindədir. Bildirilib ki, işğal nəticəsində rayona ümumilikdə 30 milyard dollar ziyan dəyib.
Horadiz əməliyyatından danışan Əli Həsənov bildirib ki, bu ərazinin işğaldan azad olunması çox mühüm bir hadisədir. Çünki Horadiz çox əlverişli bir strateji mövqeyə malikdir. O deyib ki, Horadiz, həmçinin Sovet hakimiyyəti dövründə həmin ərazidə yerləşən ətraf rayonlar üçün regional baza idi. Burada regional neft bazası, pambıqtəmizləmə zavodu və digər önəmli müəssisələr var idi. Bundan başqa, Horadizin işğal olunması ilə digər rayonlar da blokada şəraitinə düşürdü. Buna görə də Ulu öndər əməliyyatın məhz bu istiqamətdə aparılmasını qərara alıb.
Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışan Baş nazirin müavini deyib: “Biz bugünkü inkişafa görə xalqımızın Ümummilli lideri Heydər Əliyevə və Onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevə borcluyuq”.
Əli Həsənov vurğulayıb ki, dünya birliyində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə ədalətsizlik hökm sürür. Çox təəssüflər olsun ki, beynəlxalq təşkilatların qərarlarını icra etməyənlərə himayədarlıq olunur, onların hərəkətləri əməldə dəstəklənir.
Baş nazirin müavini əmin olduğunu bildirib ki, torpaqlarından didərgin düşmüş həmvətənlərimiz yaxın vaxtlarda öz ata-baba yurdlarına qayıdacaqlar.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin baş proqram direktoru İlham Alışanov Azərbaycan Televiziyasının hər zaman Qarabağ mövzusuna xüsusi diqqət ayırdığını söyləyib. Bildirilib ki, bu mövzuda çox sayda filmlər, silsilə verilişlər hazırlanıb.
Sonra Horadiz əməliyyatının iştirakçısı, Qarabağ müharibəsi veteranı Füzuli Rzayev, Füzuli rayon sakini Məcnun Vəliyev çıxış edərək torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşə hər an hazır olduqlarını bildiriblər. Onlar, həmçinin, dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Filmin təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ziyalılarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri də iştirak ediblər.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

