Ulu öndər Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir
02.05.2014 [08:54]
Mayın 1-də Səbail rayonunda fəaliyyət göstərən idarə və təşkilatların nümayəndələrinin, ali məktəblərin müəllim və tələbələrinin, ziyalıların, Milli Məclisin deputatlarının iştirakı ilə Azərbaycan Dövlət Musiqili Teatrında xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş təntənəli tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Azərbaycan İstiqlal muzeyi tərəfindən təşkil edilmiş sərgi ilə tanış olublar.
Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, Azərbaycan tarixindəki rolu barədə geniş məruzə edib.
Bildirilib ki, qeyri-adi şəxsiyyəti, siyasi və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib, bütün həyatını Azərbaycana, mənalı ömrünü yalnız insanlığa xidmətə həsr edib. Ümummilli liderimiz şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlib. Bu gün hər bir Azərbaycan vətəndaşı qəlbində Ulu öndərin işıqlı obrazını yaşadır. Ümummilli lider Heydər Əliyev həmişə ən möhkəm tellərlə xalqına bağlı olub, onun qüdrət mənbəyinə çevrilib.
XX əsrdə xalqımızın yetirdiyi fenomenal şəxsiyyət - Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını tarixi irs və ənənəyə uyğun yaradaraq praktiki surətdə reallaşdırıb və xalqımızın sevgisini qazanıb. Ötən əsrin 70-80-ci illərində Ulu öndər Heydər Əliyev respublikanın mövcud resurslarını səfərbər etməklə tərəqqi prosesindəki maneələri aradan qaldırıb, Azərbaycanın iqtisadi inkişafına nail olub.
Müstəqil Azərbaycana rəhbərlik edən dahi şəxsiyyət Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideyası milli-siyasi şüurun təməl prinsipi kimi dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaradıb. Ulu öndərin milli ideyası tezliklə əməli siyasət müstəvisinə keçərək strateji dövlət siyasətinə çevrilib. Onun dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi prinsipiallıq və iradə sonsuz Vətən sevgisinin parlaq nümunəsidir.
Ümummilli lider kimi Heydər Əliyev Azərbaycanı labüd fəlakətdən qurtarıb, ölkəmizi çevriliş, qiyam cəhdlərindən, xarici müdaxilələrdən qoruyaraq, cəmiyyətin özünəinam hissini bərpa edib, xalqımızı sabitliyə və firavanlığa qovuşdurub.
Azərbaycanın yeni mərhələdə dinamik inkişafı, dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Ulu öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün dahi rəhbər Heydər Əliyevin mənəvi-siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixin yeni və şanlı səhifələrini yazmaqdadır. Ümummilli lider Heydər Əliyevin ölməz ideyalarından güc alan müstəqil Azərbaycan işıqlı gələcəyə doğru inamla addımlayır.
Sonra “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına simfonik orkestri Qara Qarayevin əsərlərini ifa edib, orkestrin müşayiəti ilə tanınmış müğənnilər Vətənə və xalqa həsr olunmuş mahnılar oxuyublar.
Sonda konsertdə çıxış edən müğənnilərin birgə ifasında Ulu öndərə həsr olunmuş “Sən elə bir zirvəsən...” mahnısı səslənib.
Xəbər lenti
Hamısına baxAnalitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24

