“Heydər Əliyev ideyaları və Azərbaycan gəncliyi”
01.05.2014 [09:08]
Gənclər və İdman Nazirliyində bu mövzuda konfrans keçirilib
Dünən Nərimanov rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Gənclər və İdman Nazirliyində “Heydər Əliyev ideyaları və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirilib. Konfransı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının Gənclər və İdman Nazirliyi ərazi ilk partiya təşkilatının sədri Əli Məmmədov Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin əhəmiyyətindən danışıb.
Çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, bu gün bütün sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də Azərbaycan böyük uğurlara imza atıb. Onun sözlərinə görə, artıq gənclərimiz dünyanın böyük idman arenalarında çıxış edərək Azərbaycanın bayrağını yüksəldir, ölkəmizi beynəlxalq aləmə tanıtdırırlar: “Azərbaycanın sürətli iqtisadi inkişafı şəraitində və ölkəmizin beynəlxalq nüfuzunun gücləndiyi dövrdə cəmiyyətdə gənclərin rolu artmaqdadır”.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov isə bildirib ki, Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edən müasir müstəqil Azərbaycanın intensiv tərəqqisi ölkəmizin perspektivinə optimist yanaşmağa əsas verir. Onun sözlərinə görə, bütün sahələrdə praqmatik islahatların həyata keçirilməsi, inkişafın strateji prioritetlərinin müasir dövrün tələblərinə müvafiq surətdə müəyyənləşdirilməsi tərəqqinin Azərbaycan modelinin əsasının qoyulmasını şərtləndirib.
Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev deyib ki, müstəqil dövlətimiz məhz Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf edir və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir: “Bu gün Azərbaycanda böyük quruculuq işləri aparılır. Ölkəmizin inkişafı məhz Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində baş verir. Təbii ki, həmin siyasətdən gənclərimizə də pay düşür. Gənclərimiz isə öz növbəsində, onlar üçün yaradılan şəraiti düzgün dəyərləndirməli və bu siyasətin yerlərdə icrası işində yaxından iştirak etməlidirlər”.
Konfrasda, həmçinin, Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Fuad Hacıyev, YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və digər şəxslər çıxış edərək, ilk növbədə, Heydər Əliyev siyasətinin dünyada örnək və nümunəvi siyasət olmasından, bu siyasətin əsas qolunu təşkil edən gənclər siyasətinin Azərbaycan gəncliyinə yaratdığı imkanlar və bu imkanların verdiyi töhfələrdən bəhs ediblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan gənclərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

