Dövlət Feldyeger Xidmətinin 10 illik yubileyi qeyd olunub
12.04.2014 [09:57]
Aprelin 11-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin yaradılmasının 10 illik yubileyi münasibətilə tədbir keçirilib.
AzərTAc xəbər verir ki, Dövlət Feldyeger Xidmətinin əməkdaşları əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn Dövlət Feldyeger Xidmətinin əməkdaşları Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Yubiley tədbiri Azərbaycan Respublikasının dövlət himni və Dövlət Feldyeger Xidmətinin marşının səsləndirilməsi ilə başlanıb.
Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov dövlətimizin başçısı İlham Əliyevin Dövlət Feldyeger Xidməti əməkdaşlarının ali xüsusi rütbələr, orden və medallarla təltif edilməsi haqqında sərəncamlarını oxuyub.
Dövlət Feldyeger Xidməti əməkdaşlarını yubiley münasibətilə təbrik edən Süleyman İsmayılov çıxışında bildirib ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2003-cü ildə “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq edilib. Bu Qanun əsasında Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 2004-cü il 12 aprel tarixli Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti yaradılıb və müstəqil qurum kimi fəaliyyətə başlayıb. Ötən müddət ərzində bir çox başqa aktlar qəbul edilib, Dövlət Feldyeger Xidmətinin normativ-hüquqi bazası daha da möhkəmləndirilib. Xidmətin fəaliyyəti ayrı-ayrı vaxtlarda Rabitə və Daxili İşlər nazirliklərinin, digər orqanların tərkibində davam etsə də, onun gördüyü iş dövlət idarəçiliyində vacib amillərdən biri olub.
Dövlət Feldyeger Xidmətinin rəisi, feldyeger xidməti general-leytenantı Ədalət Paşayev hələ qədim dövrlərdən təməli qoyulan bu xidmət növünün tarixindən bəhs edib.
Prezident İlham Əliyevin Dövlət Feldyeger Xidmətinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirən Ədalət Paşayev, Xidmət əməkdaşlarının onların qarşısında qoyulan vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə əminliyini bildirib.
Sonra çıxış edənlər Dövlət Feldyeger Xidmətinin inkişafında Ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb, qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində görülən tədbirlərdən bəhs ediblər.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49

