Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Bərdədə vətəndaşları qəbul edib
05.04.2014 [10:54]
Aprelin 4-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Bərdə şəhərindəki mədəniyyət evində bu rayondan, həmçinin Yevlax, Ağcabədi, Xocalı, Laçın, Tərtər, Goranboy, Mingəçevir və Ağdamdan olan vətəndaşları qəbul edib.
AzərTAc xəbər verir ki, komitənin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 60-a yaxın sakinin müraciəti dinlənilib. Vətəndaşlar əsasən adlarının yerli aqrar islahat komissiyasının səhvindən siyahıya salınmaması, mülkiyyətçilər arasında sərhəd mübahisəsi, torpaq islahatı ilə bağlı müvafiq sənədlər tərtib edilərkən müəyyən texniki qüsurlara yol verilməsi və torpaqla bağlı digər məsələlərlə əlaqədar müraciətlər ediblər.
Müraciətlərdə qaldırılan məsələlər bilavasitə komitəyə aid olduğu hallarda, mütəxəssislər tərəfindən yerlərdə ölçmə işləri aparılaraq torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılıb. Müvafiq orqanların iştirakı ilə zəruri araşdırma tələb edən müraciətlər isə qeydiyyata götürülərək aidiyyəti qurumlara göndərilib.
Qəbulda iştirak edən vətəndaşlardan bir qrupuna kadastr sənədləri təqdim olunub. Qəbulda, həmçinin bələdiyyə torpaqları ilə bağlı qəbul olunmuş yeni qanunvericilik aktları barədə bələdiyyə sədrlərinə və komitənin yerli struktur vahidlərinin əməkdaşlarına izahatlar verilib.
Sakinlər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını söyləyib, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

