Şuşa rayonunun 12 minə yaxın sakini tibbi müayinədən keçib
04.04.2014 [08:48]
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi aksiyası mütəşəkkil şəkildə davam etdirilir. İşğal altında olan Şuşa rayonunun məcburi köçkün həyatı yaşayan əhalisi də tibbi müayinədən keçirilməkdədir.
Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva bildirib ki, əhalinin sağlamlığının qorunması, xəstəliklərin vaxtında aşkar edilərək vətəndaşların müalicəyə cəlb olunması məqsədilə keçirilən bu tədbir rayon sakinlərini həddindən artıq razı salıb. Tibbi müayinələrin məqsədi və əhəmiyyəti barədə Şuşa rayon İcra Hakimiyyətinin tapşırığı əsasında YAP Şuşa rayon təşkilatı ilə birlikdə əhali arasında müntəzəm olaraq maarifləndirmə işi aparılır. Müayinələr əvvəlcədən rayon rəhbərliyi tərəfindən təsdiq edilmiş qrafik əsasında həyata keçirilir. V.Fətəliyevanın sözlərinə görə, fevralın 17-dən davam edən aksiya çərçivəsində indiyədək 12 minə yaxın rayon sakini tibbi müayinədən keçib. Qrafikə uyğun olaraq aprel ayının 18-dək tibbi müayinənin başa çatdırılması nəzərdə tutulub.
Rayon üzrə idarə və müəssisələrdə müayinələr fevral ayında başa çatdırılıb və sonrakı dövrdə əhalinin digər təbəqələri arasında müayinə işi davam etdirilib. V.Fətəliyeva onu da bildirib ki, bu işdə mərkəzi rayon xəstəxanasının kollektivi 3 briqada yaradaraq gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bundan başqa, əhalinin bir qismi məskunlaşdıqları rayonların mərkəzi xəstəxanalarında müayinəyə cəlb olunublar.
Şuşa rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmovun bildirdiyinə görə, hal-hazıradək 37 yaşayış məntəqəsində əhalinin pulsuz tibbi müayinəsi başa çatdırılıb. Bu vaxta qədər müayinəyə cəlb olunanların 1648 nəfəri ambulator müalicəyə, 32 nəfəri isə stasionar müalicəyə qəbul olunublar. Bundan başqa, 83 nəfər də Bakı şəhərinin tibb müəssisələrinə göndərilib. Baş həkim onu da qeyd edib ki, rayonda uşaqların da böyük əksəriyyətinin tibbi müayinədən keçirilməsi başa çatdırılıb.
Şuşa əhalisinin tibbi müayinədən keçirilməsinin vəziyyəti rayon İcra Hakimiyyətinin 03 aprel 2014-cü il tarixli şura iclasında geniş müzakirə olunub, bundan sonra görüləcək işlər barədə tibb işçilərinə müvafiq tövsiyə və tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18

