Nizami rayonunda əhalinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası uğurla davam edir
04.04.2014 [08:43]
Aprelin 3-də Nizami rayon İcra Hakimiyyətində rayon əhalisinin tibbi müayinəsinin gedişi ilə bağlı müşavirə keçirilib.
AzərTAc xəbər verir ki, müşavirədə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Prezident İlham Əliyevin tapşırığı ilə fevralın 17-dən mayın 1-dək ölkə əhalisinin pulsuz tibbi müayinəsinin keçirilməsi işinin Nizami rayonunda uğurla icra olunduğunu deyib.
Qeyd olunub ki, ölkə əhalisinin sağlamlığının qorunması dövlətin sosial siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyevin əhalinin tibbi müayinəsi ilə bağlı tapşırığı xəstəliklərin profilaktikası istiqamətində atılan uğurlu addımlardandır. Bu, xəstəliklərin erkən aşkar edilməsi baxımından çox vacibdir. Belə aksiyaların keçirilməsi ölkə rəhbərinin xalqımızın sağlamlığının qorunmasına göstərdiyi qayğının bariz nümunəsidir.
Sonra rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova rayon üzrə əhalinin tibbi müayinədən keçirilməsinin hazırkı vəziyyətinə dair məruzə ilə çıxış edib.
Bildirilib ki, sakinlərin tibbi müayinəsinin yüksək səviyyədə və mütəşəkkil təşkili məqsədilə rayon İcra Hakimiyyətində müvafiq komissiya yaradılıb və xüsusi qrafik tərtib edilib. Bu müddət ərzində rayon üzrə 18 yaşdan yuxarı 115 mindən çox sakinin kampaniyadan faydalanması nəzərdə tutulub. Rayon əhalisinin tibbi müayinədən keçirilməsi məqsədilə 18 və 32 nömrəli birləşmiş şəhər xəstəxanalarında, 26 nömrəli şəhər poliklinikasında bütün lazımi hazırlıq işləri görülüb. 11 nömrəli birləşmiş şəhər xəstəxanasında yenidənqurma işləri aparıldığından həmin tibb müəssisəsi hazırda öz fəaliyyətini müvəqqəti olaraq 32 nömrəli birləşmiş şəhər xəstəxanasında davam etdirir və ərazi üzrə sakinlərin müayinəsi bu səhiyyə müəssisəsində aparılır.
Çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və başqaları Nizami rayonunun səhiyyə işçilərinin qarşılarına qoyulmuş bu vacib və məsuliyyətli işin öhdəsindən layiqincə gələcəklərinə əminliklərini bildiriblər.
Müşavirədə, həmçinin Nizami rayonundakı ümumtəhsil məktəblərində Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi vəziyyətinə dair məruzə də dinlənilib.
Qeyd edilib ki, cari ilin mart və may ayları ərzində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə dərsdənkənar vaxtlarda iki akademik saat ərzində müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə əlavə açıq dərslərin tədris olunması nəzərdə tutulub.
Bildirilib ki, mart ayında YAP Nizami rayon təşkilatının Heydər Əliyev lektoriya zalında və 220 nömrəli məktəb-liseydə keçirilmiş açıq dərslərdə rayonun 23 ümumtəhsil məktəbinin 1581 şagirdi iştirak edib. Bundan əlavə, Füzuli, Zəngilan, Ağdam, Cəbrayıl, Qubadlı və Laçın rayonlarının 9 köçkün məktəbinin 94 şagirdi bu dərslərə cəlb edilib. Ümumilikdə, 3 ay ərzində 2 min 146 şagirdin həmin dərslərdə iştirak etməsi nəzərdə tutulub.
Qeyd edilib ki, rayonun 15 məktəbindən tədrisə cəlb edilən 21 qabaqcıl tarix müəllimi tərəfindən keçirilən birinci saatında Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil olunub, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin tarixi xidmətləri barədə şagirdlərə ətraflı məlumat verilib. İkinci saatlarda isə sənədli filmlər nümayiş etdirilib.
Məlumat verilib ki, aprel ayında rayonun 33 məktəbinin 1436 nəfər XI sinif şagirdi, may ayında isə 21 məktəbin 1181 şagirdi bu dərslərdə iştirak edəcək.
Milli Məclisin deputatı Rasim Musabəyov çıxış edərək bildirib ki, belə bir əhəmiyyətli addımın atılması ölkəmizin müasir tarixinin şagirdlər tərəfindən hərtərəfli öyrənilməsinə maraq oyatmaqla onlarda fəal həyat mövqeyinin, vətəndaşlıq və vətənpərvərlik hisslərinin daha da gücləndirilməsinə etibarlı zəmin yaradacaq.
Digər çıxış edənlər də gənclərin dünya görüşünün formalaşdırılmasında və mənəvi tərbiyəsində belə dərslərin keçirilməsinin mühüm rol oynayacağına əminliklərini bildirib, şagirdlərin bu dərslərdə fəal iştirak etmələrinin vacibliyini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37

