Novruz bayramı Binəqədi rayonunda təntənə ilə qeyd edilib
19.03.2014 [10:04]
Bayram şənliyində ənənəyə uyğun olaraq tonqal qalanıb, milli adət-ənənələrimizi əks etdirən ayin və mərasimlər canlandırılıb
Azərbaycan xalqının tarix boyu formalaşan və günümüzədək gəlib çatan adətlərini, mədəni dəyərlərini, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələrini özündə əks etdirən Novruz bayramı paytaxtın Binəqədi rayonunda da təntənə ilə qeyd edilib. Rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən Novruz şənliyində Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Rafael Cəbrayılov, RİH başçısının müavinləri, RİH başçısı Aparatının əməkdaşları, icra strukturunun, hüquq-mühafizə orqanlarının, eləcə də müxtəlif idarə, müəssisələrin rəhbərləri və geniş rayon ictimaiyyəti iştirak ediblər.
Öncə qonaqları qarşılayan tarixi keçmişimizdə ululuq rəmzi sayılan Dədə Qorqudun Novruz duası, xalqımıza ruzi-bərəkət, sülh və əmin-amanlıq arzulaması tədbir iştirakçılarında xoş ovqat yaradıb. Bahar qızı qonaqları bərəkət rəmzi olan duz-çörəklə qarşılayıb. Qonaqlar rayon məktəblilərinin və mədəniyyət müəssisələrinin hazırladığı əl işləri ilə tanış olub, onların ifasında nümayiş olunan səhnəciklərə tamaşa ediblər.
Bayram şənliyinin gedişində milli plov festivalı keçirilib. Milli mətbəximizin şahı sayılan müxtəlif plov növləri iştirakçılara təqdim olunub. Tədbir zamanı bayram yarmarkaları da təşkil olunub. Bayram şənliyində nümayiş etdirilən və çoxəsrlik maddi-mədəni irsimizi, qədim adət-ənənələrimizi özündə əks etdirən eksponatlar qonaqların böyük marağına səbəb olub. Bayram şənliyində ənənəyə uyğun olaraq tonqal qalanıb, Novruz bayramının simvolu sayılan kosa, keçəl kimi personajlar öz oyunlarını nümayiş etdirib, milli adət-ənənələrimizi əks etdirən ayin və mərasimlər canlandırılıb.
Milli musiqimizin sədaları altında davam edən Novruz şənliyində Azərbaycanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb. Xaricdən dəvət olunmuş incəsənət ustalarının təqdimatında canlı heykəllər və alov şousu bayram şənliyinə əlavə rəng qatıb. Canlı heykəllərin nümayişi bayram günlərində də davam etdiriləcək.
Tədbirin sonunda üçrəngli bayrağımızın rənglərinə uyğun şarlar havaya buraxılıb.
NADİR
Xəbər lenti
Hamısına baxSiyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14

