Qubadlılar Novruz bayramını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər
19.03.2014 [09:56]
Xalqımızın ən əziz bayramı olan Novruzu, o cümlədən ilaxır çərşənbəni Qubadlı sakinləri hər il yüksək səviyyədə, təntənəli surətdə qeyd edirlər. Ənənəvi olaraq bu bayram ərəfəsində şəhid ailələrinə və məcburi köçkünlər olan aztəminatlı ailələrə Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən bayram sovqatları verilir.
AzərTAc xəbər verir ki, qubadlılılar bu il də ilaxır çərşənbə və Novruz bayramı münasibətilə Sumqayıt Olimpiya İdman Kompleksində bayram şənliyi təşkil ediblər.
Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bayramsayağı bəzədilmiş Olimpiya İdman Kompleksində Qubadlı rayonunun ab-havası hökm sürürdü. Kəndirbaz və Kosanın nümayiş etdirdikləri oyunlar iştirakçılara xoş ovqat bəxş edirdi.
Bayram şənliyindən əvvəl tonqal ətrafında məcburi köçkünlərlə görüşən rayon rəhbərliyi onları bayram münasibətilə təbrik edib. Qeyd olunub ki, Qubadlı əhalisi Ümummilli lider Heydər Əliyevin siyasətinə daim sadiqdirlər və Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevi həmişə dəstəkləyirlər. Belə bir inam ifadə edilib ki, dövlətimizin başçısının apardığı siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək və belə çərşənbə tonqalları hər kəsin öz yurdunda, öz həyətində alovlanacaq.
Bayram tədbiri xalq oyunları ilə rövnəqlənib.
Rayonda məşhur olan “Ənzəli”, “Dirədöymə” və digər oyunlar böyük maraq doğurub. Respublikanın tanınmış incəsənət ustalarının ifalarında təqdim edilən konsert proqramı şənliyə xüsusi rəng qatıb. Bayram tonqalı ətrafında xalq rəqsləri ifa edilib.
Qubadlıdan olan pəhləvanların ifasında idman oyunları daha böyük maraq doğurub.
Bayram şənliyi çay sürfəsi arxasında davam etdirilib.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

