XOCALI... yaşanan tale, alınacaq qisas!
26.02.2014 [09:40]
Vətən sevgisi ruhla canın, yarpaqla budağın, gözlə göz yaşının, baharla çiçəyin, yaşıllığının sevgisidir. Bu sevgi azalmaz, tükənməz. Bu sevgi ötən günlərin, yaşanacaq vaxtın hesabına artan, çoxalan sevgidir.
1992-ci il 26 fevral... 2014-cü il... bizi o dəhşətli, boğuq haraylı, çığırtılı gecədən 22 il ayırır. Həmin gecə məhv olan ailələr... doğulan körpələr... Bu gün ölkə gənclərinin çoxu Xocalıdan doğulan gənclikdir, 22 yaşlarını yaşayanlardır.
Dövrün yarıtmaz idarəçilərinin, xalqa müxalif, lakin iqtidarda təmsil olunan bir qrup siyasət “makler”lərinin tərs fəaliyyətlərinin nəticəsində yandı Xocalı... Vəzifə hərisliyi, mənəm-mənəmlik Azərbaycan xalqının minlərlə övladını öz yurdundaca məcburi köçkünə çevirdi.
22 ildir ki, Vətənin əziz ünvanlarından biri - ulu tariximizin bir parçası olan Xocalı soyqırıma məruz qalıb, qalmaqdadır. Bu yerlər indi doğma dilə, doğma səsə həsrətli bir ömür yaşayır. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki kimi dəhşətli faciələri ilə bir anılır. Ümummilli lider Heydər Əliyev Xocalı faciəsi haqqında danışarkən belə demişdir: “Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.
Bu gün bu faciənin beynəlxalq aləmdə düzgün təbliği və günahkarların layiqli cəzalandırılması istiqamətində möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həm ideoloji, həm mədəni, həm iqtisadi, həm sosial, həm də digər sahələrdə hücum diplomatiyası uğurla həyata keçirilir.
Rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyi və vassal siyasəti onları öz quyularına düşürüb. Bu gün Ermənistan əhalisinin ildən-ilə azalması, terrorçu ordunun pərən-pərən olması, əslində, zamanın intiqamı, həqiqətin öz yerini tapmasıdır. Xocalı soyqırımının dünyaya çatdırılması və qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu vardır. Belə ki, Xocalı soyqırımının dünyada təbliği istiqamətində Heydər Əliyev Fondu ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirmiş və proses bu gün də davam etdirilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən kütləvi və kompleks tədbirlər təqdirəlayiqdir. Məqsədyönlü təbliğat siyasətinin məntiqi nəticəsidir ki, Pakistan, Meksika və Kolumbiya Parlamentləri, Çexiya Parlamentinin Beynəlxalq Əlaqələr komitəsi, Amerika Birləşmiş Ştatlarının Massaçusets, Texas, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahama, Tennessi, Pensilvaniya, Vest Virciniya, Konnektikut, Florida ştatları Xocalıda baş verən qətliamın soyqırımı aktı kimi tanınması haqqında qərarlar qəbul ediblər.
Qürur hissi ilə qeyd etmək istəyirəm ki, həm Yeni Azərbaycan Partiyası, həm də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi “Xocalıya ədalət!” kampaniyası çərçivəsində mühüm tədbirlər həyata keçirib və bu proses bu gün də davam etməkdədir. YAP Gənclər Birliyi sözügedən istiqamətdə Amerika Birləşmiş Ştatları və Almaniya, Fransa, Böyük Britaniya, İtaliya kimi qərbi Avropa ölkələrinin dövlət və hökumət nümayəndələrinə, həmçinin dünya ölkələri taleyinin müzakirə olunduğu beynəlxalq təşkilatların rəhbər strukturlarına ardıcıl olaraq “e-mail” aksiyalar təşkil edir, erməni vandallığını, Xocalı həqiqətlərini əks etdirən fotomüraciətlər ünvanlayır. Bundan əlavə, YAP Gənclər Birliyinin fəalları bu kampaniya çərçivəsində istər ölkə daxilində, istərsə də Azərbaycan sərhədlərindən kənar, digər dövlətlərdə təşkil olunan yürüşlərdə iştirak edərək, yerli əhalini bu soyqırımı haqqında dolğun məlumatlandırırlar. Lakin səbrin də tükəndiyi, sonun başlanğıcı olan incə bir keçid mövcuddur. Ölkə başçısı cənab İlham Əliyevin vurğuladığı kimi, sülh danışıqları heç bir nəticə verməyəcəyi təqdirdə biz ideoloji, mədəni, iqtisadi və sosial cəhbədəki uğurları hərb cəbhəsində də təkrarlaya biləcək gücdəyik. Bu gün Ali Baş Komandan İlham Əliyevin “Qarabağa doğru İRƏLİ!” əmri kifayətdir ki, addımlarımızı Qarabağa doğru ataq, yolumuzu Xocalıdan, Şuşadan, Kəlbəcərdən, Laçından, Xankəndindən salaq...
26 fevral 1992-ci il... O gecə azərbaycanlı olanlar və bununla fəxr edənlər Azərbaycana sahib çıxmağa çalışdılar... Çoxlarının başı bədənindən ayrıldı, körpələr ana bətnində susduruldu, ahılların ayaqları torpaqdan qoparıldı... Lakin beşik olan yenə də VƏTƏN oldu... Necə deyərlər, hər dərdin bir əlacı var, əlacın da zamana ehtiyacı var. Əminliklə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uğura hesablanmış siyasəti nəticəsində Xocalı faciəsini törədənlər gec-tez cəzalarını alacaq, beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər. Bax, o zaman gözləri oxşayan rənglərin sevinci, sözün şirin dili daha gur çağlayacaq, didərgin ruhlar Vətənə dönəcək və əsl qələbə ünvanlı çıxışlar eşidiləcək, üçrəngli bayrağımız qanad çalıb pərvazlanacaq.
Aytac Əliyeva,
YAP Gənclər Birliyinin
sədr müavini
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55

