Gəncə “ASAN xidmət” mərkəzi 1 milyona yaxın vətəndaşa xidmət göstərir
16.01.2014 [14:46]
Şəhər sakinləri və mərkəzə müraciət edən digər vətəndaşlar burada yaradılan şəraitdən, əhaliyə göstərilən xidmətdən razılıqlarını bildirirlər
Ötən ilin dekabrında Gəncə şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Gəncə “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. Mərkəz Gəncə, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı rayonları üzrə qeydiyyatda olan 1 milyona yaxın vətəndaşa xidmət göstərir. Elektron məlumat mərkəzləri, elektron rəy sorğusu köşkləri, elektron şikayət köşkü, müasir məlumat monitorları kimi innovativ yeniliklərin tətbiq olunduğu Gəncə “ASAN xidmət” mərkəzində 170 nəfər əməkdaş və könüllü çalışır.
Mərkəzdə ən müasir avadanlıqlar quraşdırılıb. Elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdırıb. Mərkəz daim internetə açıq olan kompyüterlərlə təchiz edilib və vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanması üçün şərait yaradılıb. “ASAN xidmət” mərkəzində 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 23 hüquqi xidmət həyata keçirilir. “ASAN xidmət” mərkəzinin əsas prinsipləri - operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Mərkəzdə vətəndaşların qəbulu elektron növbə əsasındadır.
“ASAN xidmət” mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər yaradılıb. Burada uşaq əyləncə guşəsi, tibb xidməti, internet-kafe, bank, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Xidmət üçün nəzərdə tutulmuş rüsumların ödənilməsi məqsədi ilə “pay-point”, bankomat aparatları qoyulub.
“asan.gov.az” internet saytı vasitəsilə vətəndaşlar üçün “online” növbəyə yazılma, elektron ərizələr doldurma, sənədləri digər orqanlara elektron qaydada göndərmə və digər imkanlar yaradılıb.
Gəncə “ASAN xidmət” mərkəzinin direktoru Elnur Rzayev bildirib ki, ən çox şəxsiyyət vəsiqəsinin verilməsi, dəyişdirilməsi, vətəndaş pasportunun verilməsi, dəyişdirilməsi, sürücülük vəsiqəsinin verilməsi, notariat xidməti ilə bağlı müraciətlər olur: “Ümumilikdə, kimin nə problemi varsa, onu qısa müddətdə həll etməyə çalışırıq. Fəaliyyətimizin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, “bir pəncərə” prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır”.
Şəhər sakinləri və mərkəzə müraciət edən digər vətəndaşlar da burada yaradılan şərait, əhaliyə göstərilən xidmətdən razılıqlarını bildiriblər.
Sona Seyfullayeva: - Xarici pasportumu və şəxsiyyət vəsiqəmi dəyişməyə gəlmişəm. Mənə yüksək səviyyədə göstərilən xidmətdən çox razı qaldım. İşimin belə tez həll olunacağını gözləmirdim. Hər bir vətəndaşa tükənməz qayğı və diqqət göstərən möhtərəm Prezidentimiz bizə çox geniş imkanlar yaradıb. Buna görə cənab Prezidentə dərin minnətdarlığımızı bildiririk.
Raqif Həsənov: - Goranboy rayonundanam. Sürücülük vəsiqəmi dəyişdim. 15 dəqiqə ərzində sənədlərim hazırlandı. Əvvəllər bu işi görmək üçün bir neçə gün vaxt itirmək lazım gələrdi. Bizneslə məşğulam. Ukraynadaydım və internet vasitəsilə öyrəndim ki, Gəncədə “ASAN xidmət” mərkəzi açılıb. Gələn kimi mərkəzə müraciət etdim. Çox sağ olsunlar ki, qısa vaxtda işim həll olundu. Belə bir ölkədə yaşamaq xoşbəxtlikdir.
Təranə Məmmədova: - Gəncə şəhər 2 saylı orta məktəbdə müəllim işləyirəm. İşlərim çox olduğu üçün vaxt tapıb vəsiqəmi dəyişə bilmirdim. “ASAN xidmət” mərkəzinə müraciət etməli oldum. Şəhərimizdəki bu yaraşıqlı və möhtəşəm bina çox xoşuma gəldi. Təkcə xarici görünüşü deyil, elə daxili də gözəl və füsunkardır. Müasir tipli avadanlıqlar, yüksək səviyyədə göstərilən xidmət və diqqət, səmimi münasibət, qayğıkeşlik necə də xoşdur. Məlumat bürosuna yaxınlaşdım, nömrə götürüb növbəmi gözlədim. Çətinlik çəkmədən sənədlərim hazırlandı. Dövlət rüsumunu ödəməklə şəxsiyyət vəsiqəmi aldım, çox razı qaldım.
Lalə Xıdırova: - Əlverişli və rahat şəraitdə sənədləri hazırladıq və şəxsiyyət vəsiqəsini aldıq. Prezidentimizin qayğısı ilə doğma Gəncəmiz çox dəyişib, gözəlləşib. Biz çalışacağıq ki, hər sahədə yaxşı işlər görək, Vətənimizin daha da güclənməsinə kömək edək.
Xanlar Quliyev: - Gəncə sakiniyəm. Müəllim işləyirəm. Etibarnamə almağa gəlmişəm. Bütün sənədlər hazırdır. Bir neçə dəqiqədən sonra etibarnaməni mənə verəcəklər. Burada vaxtımı çox itirmədim. Başqa sənədlərə pul xərcləmək də lazım olmadı. Amma əvvəllər müəyyən bir sənədi almaq üçün çox yerlərə müraciət etmək, pul xərcləmək, vaxt itirmək lazım idi. Möhtərəm Prezidentimiz dəfələrlə vurğulayıb: “Bizim siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır”. Biz bu qayğını hər addımda hiss edirik, ölkə başçısına ürəkdən təşəkkürümüzü bildiririk.
Gülər NƏCƏFOVA
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

