/ / Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun Türkiyədə yeni kitabı nəşr olunub
Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun Türkiyədə yeni kitabı nəşr olunub
14.01.2014 [09:17]
Türkiyənin “Ötüken” nəşriyyatı Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun “Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti” adlı monoqrafiyasını çapdan buraxıb.
AzərTAc xəbər verir ki, Türkiyə oxucularına təqdim olunan bu tədqiqat əsəri mötəbər mənbələrdən götürülmüş və böyük bir hissəsi elmi dövriyyəyə ilk dəfə buraxılmış zəngin yerli və xarici materiallardan, elmi əsərlərdən və internet resurslarından istifadə edilməklə ərsəyə gəlib. Monoqrafiyada dövlət müstəqilliyinin bərpa edilməsindən sonrakı iyirmi il ərzində Azərbaycanda milli inkişaf və təhlükəsizlik sahəsində həyata keçirilən siyasət elmi-nəzəri cəhətdən dərindən araşdırılıb. Kitabda Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları, məqsəd və vəzifələri, başlıca istiqamətləri və mexanizmləri sistemli şəkildə tədqiq olunur, ictimai-siyasi, sosial-iqtisadi, hərbi-sərhəd, nəqliyyat-tranzit, ərzaq, informasiya, ekologiya və s. sahələrdə həyata keçirilən təhlükəsizlik fəaliyyətinin geniş politoloji təhlili aparılır. Əsərdə ölkənin milli, regional və beynəlxalq təhlükəsizlik sahəsində yürütdüyü siyasətin, bu istiqamətdə həyata keçirilən tədbirlərin, daxili və xarici fəaliyyətin elmi-nəzəri aspektləri tədqiq edilir, milli təhlükəsizlik strategiyasının formalaşması, həyata keçirilməsi, praktiki nəticələri və səmərəlilik dərəcəsi geosiyasi parametrlər əsasında qiymətləndirilir.
Monoqrafiyada ayrıca olaraq, Azərbaycan Respublikasının geosiyasi kodunun, təhlükəsizlik sahəsində milli və xarici siyasət konsepsiyasının hazırlanması, milli maraq çərçivəsinin müəyyənləşməsi və təmin edilməsi kimi çoxsaylı hərbi-geostrateji və geosiyasi məsələlər təhlil olunur, dövlətin inkişaf perspektivləri, təhlükəsizlik sahəsində dünyanın və regionun geosiyasi güc mərkəzləri ilə münasibətləri, Xəzərin enerji resurslarının istismarı və dünya bazarlarına çıxarılması, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizi və s. transmilli layihələrin təhlükəsizliyinin təmin edilməsinin vacib aspektləri araşdırılır. Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun milli təhlükəsizliyə təsiri məsələsinə də xüsusi diqqət yetirib.
Əsərdə qloballaşmanın, eləcə də regionda yaşanan müasir transmilli proseslərin tələbləri və çağırışları fonunda ölkənin həyati əhəmiyyətli geosiyasi, geoiqtisadi və hərbi-geostrateji təhlükəsizliyinin təminatı məsələləri də araşdırılır, yürüdülən təhlükəsizlik siyasətinin real səviyyəsi tədqiq olunur, səmərəliliyi qiymətləndirilir və çevik, praqmatik təhlükəsizlik fəaliyyətinin zəruriliyi əsaslandırılır. Bundan başqa, Azərbaycanın milli inkişafı və təhlükəsizliyini təhdid edə biləcək yerli, regional və qlobal proseslər, geosiyasi, hərbi-geostrateji və geoiqtisadi vəziyyət elmi-siyasi cəhətdən araşdırılır, proqnozlaşdırılır və müvafiq tövsiyələr verilir.
Bu əsər professor Əli Həsənovun Türkiyədə nəşr olunan sayca ikinci kitabıdır. Bundan əvvəl onun “Geopolitika” adlı monoqrafiyası qardaş ölkənin oxucularına təqdim olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20

