Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Masallıda orta məktəb binasında yanğın baş verib

Masallıda orta məktəb binasında yanğın baş verib

05.02.2026 [15:34]

Masallı rayonunun Xırımdalı kənd orta məktəbində yanğın qeydə alınıb. Yanğın məktəbin otaqlarından birində başlayıb. Təhlükəsizlik məqsədilə bütün şagirdlər və müəllim heyəti dərhal məktəb binasından təxliyə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə Masallı Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və xüsusi texnikası cəlb edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğın zamanı məktəbin bir neçə otağına ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının başvermə səbəblərinin müəyyən edilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Paylaş:
Baxılıb: 826 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30