Məcburi köçkünlərin İsmayıllı rayonunda salınmış yeni qəsəbəyə köçürülməsi başa çatdırılıb
13.11.2013 [09:12]
Məlum olduğu kimi, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin probleminin həlli Azərbaycan dövləti üçün prioritet məsələdir. Prezident İlham Əliyev bununla bağlı mövqeyini açıqlayaraq bildirib ki, Azərbaycan bir qarış da olsun torpağını güzəştə getməyəcək və nə qədər ki, sülh danışıqları davam edir, müxtəlif məskunlaşma obyektlərində ağır şəraitdə yaşayan məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi üçün imkan daxilində hərtərəfli şərait yaradılacaq.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, ötən müddət ərzində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramına və ona edilmiş əlavələrə uyğun olaraq məcburi köçkünlər üçün salınmış qəsəbələrin və obyektlərin açılışında ölkə başçısının iştirakı, məcburi köçkünlərlə görüşləri və birbaşa ünsiyyəti, onların qayğı və problemləri ilə yerində maraqlanması bu diqqət və qayğının bariz nümunəsidir. Bütün bunlar isə məcburi köçkünlərdə yüksək əhval-ruhiyyə, sabaha inam hissi yaratmaqla yanaşı, onların həyatında mühüm önəm daşıyır.
Təkcə bu ilin ötən dövründə Bakı Dövlət Universitetinin yataqxanalarında və Binəqədi rayonu ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının tikintisi yarımçıq qalmış binasında müvəqqəti məskunlaşmış məcburi köçkünlər Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində tikilmiş 1440 ailəlik məhəlləyə, Mingəçevir şəhərindəki istismar müddəti başa çatmış fin tipli qəsəbələrdə və məktəb binalarında məskunlaşan məcburi köçkünlər yeni salınmış 502 ailəlik məhəlləyə, Dövlət Neft Akademiyasının yataqxanalarında məskunlaşmış məcburi köçkünlər isə Abşeron rayonunun Masazır qəsəbəsində 760 ailə üçün inşa edilmiş şəhərciyə köçürülüb. Bundan əlavə Qəbələ rayonunda məskunlaşmış məcburi köçkün ailələrinin Zarağan bələdiyyəsinin ərazisində 2010-cu ildə istifadəyə verilmiş 195 ailəlik məhəllədə tikilmiş daha 155 ailəlik beşmərtəbəli iki yeni yaşayış binalarına köçürülməsi də qısa müddətdə başa çatdırılıb.
Bu günlərdə isə İsmayıllı rayonu ərazisində yenicə istifadəyə verilmiş daha bir 45 ailəlik qəsəbəyə məktəblərdə yaşayan məcburi köçkünlərin köçürülməsi prosesi yekunlaşıb. Digər ərazilərdə olduğu kimi, bu qəsəbədə də mənzillər ailə tərkibinə görə və püşkatma yolu ilə paylanıb.
Qəsəbə su, elektrik və qazla tam təmin edilib, yol-küçə şəbəkəsi, yaşıllaşdırma işləri yüksək səviyyədə aparılıb.
Bundan başqa, ərazidə 96 yerlik məktəb binası və tibb məntəqəsi də tikilib. Hər bir ailəyə 0,12 hektar həyətyanı torpaq sahəsi verilib.
Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5 milyon kvadratmetr yaşayış sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınıb, 40 min ailənin - 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Yeni evlərə köçürülən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya, həyat şəraitlərinin yaxşılaşdırılmasına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqların bildirirlər. Eyni zamanda qeyd edirlər ki, bura da onlar üçün müvəqqəti məskunlaşma yeridir. Amma insanın yaşaması və yaratması üçün rahat, geniş evə çox böyük ehtiyacı var. İndi məcburi köçkünlər də ağır şəraitdən xilas olub belə gözəl, geniş, müasir tipli, yaşayış üçün hər cür şəraitlə təmin olunmuş evlərə köçürlər. Onlar qəlbən inanırlar ki, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət sayəsində torpaqlarımız işğaldan azad olunacaq və hər kəs öz doğma yurduna qayıdacaq.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

