Şəmkir rayonunda Dövlət Bayrağı Günü münasibəti ilə bayram tədbiri keçirilib
13.11.2013 [09:11]
Noyabrın 9-da Şəmkirdə Dövlət Bayrağı Günü münasibəti ilə bayram tədbiri keçirilib. Tədbirdə Şəmkir və Gədəbəy rayonları ictimaiyyətinin nümayəndələri, habelə Qarabağ müharibəsi şəhidlərinin, hərbçi ailələrinin uşaqları, Gəncə Uşaq Evi, Gəncə SOS Uşaq Kəndi, Qovlar şəhər qarışıq tipli orta internat məktəbində tərbiyə olunan uşaqlar iştirak ediblər.
Tədbir iştirakçıları Dövlət Bayrağı Meydanı və burada yerləşən Bayraq Muzeyi, Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Onlara dövlət müstəqilliyimizin rəmzi olan dövlət atributları və onların tarixi haqqında geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən uğurlu milli dövlət quruculuğu siyasəti nəticəsində vətəndaşlarımızda dövlət rəmzlərinə hörmət hisslərinin aşılanması həmişə diqqət mərkəzində saxlanılır. Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən üçrəngli bayrağımız ilk dəfə 1990-cı il noyabr ayının 17-də məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində Muxtar Respublikanın rəsmi bayrağı kimi təsdiq olunub, bir qədər sonra, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının rəsmi bayrağı elan edilib.
Ölkə başçısı cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də “Dövlət Bayrağı Günü”nün təsis edilməsi haqqında imzaladığı Sərəncama əsasən, hər il noyabr ayının 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. 2010-cu ilin sentyabr ayının 1-də Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamına uyğun olaraq, Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı inşa olunub istifadəyə verilib və burada Ginnesin rekordlar kitabına düşmüş ən uca dirəkli bayraq dalğalanmaqdadır. Bu, dövlət rəmzlərinə verilən dəyərin bariz nümunəsi olmaqla, dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycan bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsində ən mühüm amillərindən biridir.
2013-cü ilin sentyabr ayında Şəmkirdə də Bayraq Meydanı və Bayraq Muzeyi istifadəyə verilib. Şəmkirdə Bayraq Meydanı ilə yanaşı son illər bir sıra müasir binalar, Heydər Əliyev Mərkəzi, əhalinin istirahətinin yüksək səviyyədə təşkilini təmin edən parklar, “Zəka” İntellektual Gənclər Mərkəzi, “Excelsior Hotel Shamkir” mehmanxanası tikilib istifadəyə verilib, Alman Lüteran Kilsəsi bərpa edilib. Aparılan abadlıq işlərinin davamı olaraq noyabrın 9-da Şəmkirdə 26 adda tanınmış brendi bir araya gətirmiş “West Gate” (“Qərb Qapısı”) Ticarət Mərkəzi də istifadəyə verilib.
Bayram tədbirlərində iştirak edən Şəmkir və Gədəbəy rayonlarındakı aztəminatlı ailələrdən, hərbçi ailələrindən olan, habelə Gəncə Uşaq Evi, Gəncə SOS Uşaq Kəndi, Tovuz rayonundakı Qovlar şəhər qarışıq tipli orta internat məktəbində tərbiyə alan uşaqlara Heydər Əliyev Parkındakı və “Meqafun” Əyləncə Mərkəzindəki attraksionlardan pulsuz istifadə etmək imkanı da yaradılıb.
Dövlət Bayrağı Günü münasibəti ilə keçirilən bayram tədbiri musiqili bayram atəşfəşanlığı ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

