Əsəblərinizin qurbanı olmayın!
10.10.2025 [08:59]
Sağlam psixi vəziyyət daxili güc deməkdir...
Bəzən ətrafımızda əsəbini idarə edə bilməyən, səbrsizlik göstərən, həyatdan zövq almayan, daim məyus halda olan, başqalarına qarşı alçaldıcı davranışlar göstərən insanlar görürük. İlk baxışdan belə insanların psixi problemlərinin olduğunu sezmək mümkündür. Dünya psixi sağlamlıq statistikasına görə, 2016-cı ildə dünyada 1,1 milyard insanın psixi pozuntuya sahib olduğu, bu problemin hər 6 şəxsdən birində rast gəlindiyi bildirilib. Ən çox rastlanan psixi pozuntunun təşviş (4 faiz) və depressiya (4 faiz) olduğu qeyd edilir.
Məlumdur ki, fiziki sağlamlığın pozulduğunu bədənin verdiyi ağrı kimi siqnallarla müşahidə etmək mümkündür. Lakin psixi sağlamlıq normaları bilinmədiyi üçün onun fərqində olmaq daha çox vaxt ala bilir. Günümüzdə həyat çətinlikləri nəzərə alınarsa, fiziki sağlamlıq qədər psixi sağlamlığın da sürətlə pozulduğunu müşahidə edirik...
Dünyada 350 milyondan çox insan...
Statistik göstəricilərə görə, xəstəliklərin qlobal yükünü daha da ağırlaşdıran depressiyadan dünyada bütün yaş qrupları üzrə 350 milyondan artıq insan əziyyət çəkir. Depressiyadan xilas olmağın məlum effektiv müalicə növlərinin mövcudluğuna baxmayaraq, əksər ölkələrdə müalicə əlçatan deyil. Bəzi ölkələrdə isə belə müalicəni ehtiyacı olanların 10 faizdən azı alır.
Psixi sağlamlığın qorunması geniş spektrli fəaliyyəti əhatə edir. Bu fəaliyyət birbaşa və ya dolayı yolla fiziki, mənəvi və sosial əmin-amanlığı təmin edir. Buraya sağlamlığın möhkəmləndirilməsi, psixi pozğunluğun profilaktikası, eləcə də psixi pozğunluqdan əziyyət çəkən insanların müalicəsi və reabilitasiyası aiddir.
Müharibələr və digər fəlakətlər psixi sağlamlığa və psixoloji rifaha ciddi təsir göstərir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, fövqəladə hallarda psixi pozuntu göstəriciləri, bir qayda olaraq, 2 dəfə artır. Psixi pozuntular infeksion və qeyri-infeksion xəstəliklərin inkişafının risk amillərinə aid edilir.
Fiziki sağlamlıq qədər vacib
Psixi sağlamlıq bir insanın yalnız özünü yaxşı hiss etməsi üçün deyil, həyatının hər sahəsində düzgün şəkildə fəaliyyət göstərə bilməsi üçün də vacibdir. Bu, fiziki sağlamlıq qədər əhəmiyyətlidir. Çünki psixi vəziyyətimiz bədənimizin ümumi sağlamlığına, əhvalımıza, davranışlarımıza və qərar vermə qabiliyyətimizə birbaşa təsir edir. Əgər psixi sağlamlığımız yerində deyilsə, həyatın digər sahələrində də çətinliklərlə üzləşə bilərik.
Emosional tarazlıq...
İnsanlar psixi sağlamlıqları yerində olduğu zaman emosional olaraq daha sabit olurlar. Bu zaman hisslərimizi və reaksiyalarımızı daha yaxşı idarə edə bilərik. Bununla yanaşı, qəzəb, hüsran, qorxu və kədər kimi duyğuları başa düşmək və onlarla uyğun şəkildə davranmaq da psixi sağlamlığın bir hissəsidir. Sağlam psixi vəziyyət bizə özümüzü qəbul etməyi, həyatla barışmağı və çətin anlarda belə daxili güc tapmağı öyrədir.
“Fəlakətlər və fövqəladə hallar zamanı psixi sağlamlıq”
Yeri gəlmişkən, hər il oktyabrın 10-u bütün dünyada Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Sağlam olmaq insan hüquqlarından biridir. Məhz Ümumdünya Psixi Sağlamlıq Günündə psixi pozğunluqdan əziyyət çəkənlərin lazımi müalicə ilə təmin olunmasına və sağlam yaşamağa çağırış ifadə edilir. Əlamətdar günün vəzifəsi psixi sağlamlıq probleminə yanaşmada dünya əhalisinin məlumatlılıq səviyyəsini yüksəltməkdir. Bu gün psixi sağlamlığın möhkəmləndirilməsi istiqamətində qlobal səviyyədə daha çox açıq müzakirələrə imkan yaradır. Eləcə də psixoloji xəstəliklər, psixi pozğunluğun profilaktikası və müalicə xidmətlərinə sərmayə yatırılmasını stimullaşdırmaq üçün müəyyən tədbirlər görülür. 2025-ci il Ümumdünya Psixi Sağlamlıq Gününün mövzusu “Fəlakətlər və fövqəladə hallar zamanı psixi sağlamlıq”dır.
Ümumdünya Psixi Sağlamlıq Günü ölkəmizdə də qeyd olunur. Müxtəlif tibb müəssisələrində dəyirmi masa iştirakçıları psixi sağlamlıq sahəsində gələcək inkişaf perspektivlərini və Azərbaycanda psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqlarının qorunması məsələlərini müzakirə edirlər.
Psixi sağlamlıq yalnız bir fərdin deyil, həm də cəmiyyətin və bütövlükdə dünyanın rifahı üçün vacibdir. Həm fiziki, həm də ruhi sağlamlığın qorunması həyat keyfiyyətini yüksəldir və hər birimizə daha dərin, mənalı və sağlam bir həyat sürməyə imkan verir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxGündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15

