Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bu ilin ikinci və sonuncu tam ay tutulması müşahidə olunur

Bu ilin ikinci və sonuncu tam ay tutulması müşahidə olunur

07.09.2025 [22:16]

Sentyabrın 7-si axşam saatlarından etibarən bu ilin ikinci və sonuncu tam ay tutulması hadisəsi müşahidə edilir.

Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Səbahəddin Alışov AZƏRTAC-ın müxbirinə bildirib ki, proses saat 19:28-də Ayın Yer yarımkölgəsinə daxil olması ilə başlayıb. 21:30-dan 22:52-yədək isə Ay tam tutulma mərhələsində olacaq. Beləliklə, təxminən 82 dəqiqə ərzində Ay tamamilə qırmızımtıl çalarda görünəcək. Ümumilikdə isə qismən tutulma ilə birlikdə bu proses 5 saata yaxın davam edəcək.

Elmi işçi vurğulayıb ki, ay tutulması Yer, Ay və Günəşin bir xətt üzərində yerləşməsi nəticəsində baş verir: “Yer Günəşlə Ayın arasına keçir, Yer kürəsinin kölgəsi Ayın səthinə düşür. Atmosferdə işıq sınması nəticəsində Ay qırmızımtıl rəngdə görünür. Bu səbəbdən də tutulma ‘qanlı Ay’ adlanır”.

Onun sözlərinə görə, hadisəni Azərbaycanla yanaşı, Avropa, Asiya və Afrikanın böyük hissəsində, eləcə də Şimali Amerikanın bəzi dövlətlərində qismən izləmək mümkündür.

Paylaş:
Baxılıb: 507 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31