Xarici vətəndaşlar da azad edilmiş ərazilərə səfər edə biləcəklər
21.07.2025 [12:34]
2025-ci il iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə, həm də qrup halında Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi şəhərlərinə səfər edə biləcəklər.
Bununla bağlı Dövlət Turizm Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə məlumat yayıb.
Biıldirilib ki, qeyd edilən imkan 90 gün müddətinə qədər Azərbaycana səfər edən, həmçinin ölkəmizdə müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan xarici vətəndaşlara şamil olunacaq. Fərdi minik avtomobilləri ilə adıçəkilən ərazilərə səfər etmək istəyən xarici ölkələrin vətəndaşları “Yolumuz Qarabağa” (www.yolumuzqarabaga.az) portalı üzərindən icazə almaqla səfərlərini reallaşdırmaq imkanı əldə edəcəklər.
Portalda xarici ölkə vətəndaşlarının pasport məlumatlarının daxil edilməsi üçün müvafiq pəncərələr yaradılıb, əlçatanlığı təmin etmək üçün portalda ingilis və rus dillərində funksionallıq təmin olunub. Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, müvafiq yoxlanışdan keçdikdən sonra işğaldan azad edilmiş ərazilərə daxil olduqda, mina təhlükəsizliyinə əməl etmək üçün marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər.
Xarici ölkələrin vətəndaşları, həmçinin “Yolumuz Qarabağa” portalı vasitəsilə səfər etdikləri istiqamətlərdə fəaliyyət göstərən hotel və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər. Bununla yanaşı əcnəbilər işğaldan azad edilmiş ərazilərə qrup halında da səfər edə bilərlər.
Qrup turları – Turizm Reyestrində turoperator kimi qeydiyyatdan keçmiş turizm şirkətləri tərəfindən həyata keçiriləcək. Həmçinin bildiririk ki, yuxarıda adları çəkilən ərazilərdə fəaliyyət göstərən hotellərdə rezervasiya edən xarici vətəndaşlar əraziyə giriş icazəsi əldə etmiş olacaqlar.
Rəsmiləşdirilən icazələr 5 gün müddətində etibarlı olacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

