Qohum evliliyinə son qoyan gün!
01.07.2025 [08:34]
Qanunu pozanları hansı cəza gözləyir?
Bu gündən etibarən ölkəmizdə mühüm qadağa qüvvəyə minir. Belə ki, nikahın bağlanmasına mane olan hallar artırılır. Xatırladaq ki, bununla bağlı Ailə Məcəlləsinə dəyişikliklər edilmişdi. Dəyişikliklərdə qeyd olunusb ki, iyulun 1-dən Azərbaycanda qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlarının, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızının, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun nikaha daxil olması qadağan olunur.
Məlumdur ki, bu qərar uzun illərlə müzakirə mövzusu olan genetik risklər və irsi xəstəliklərin qarşısının alınması məqsədi daşıyır. Həkimlər və mütəxəssislər belə nikahların genetik xəstəliklərin yayılmasına səbəb olduğunu bildirirlər.
Bəs qohum evliliklərinin qadağan olunması cəmiyyət tərəfindən necə qarşılanacaq? Qanunun icrası hansı yollarla təmin ediləcək?
Yalnız qanunlar yox, düşüncələr də dəyişməlidir!
Sualımızı cavablandıran Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü İlham Məmmədov bildirib ki, qadağa qüvvəyə mindikdən sonra qanunda bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur və bu, prosesə öz töhfəsini verəcək bir məsələdir: “Amma qanun məsələni tam tənzimləyəcəkmi, nəticəsi olacaqmı - bunu söyləmək çətindir. Hesab edirəm ki, qanunların dəyişməsi yetərli deyil. İnsanların düşüncəsi, yanaşması dəyişməlidir. Təəssüf ki, hələ də cəmiyyətdə bu cür nikahları müdafiə edən, tərəfdarı olan insanlar var. Yəni insanların düşüncəsi, baxışı, yanaşması dəyişməlidir. Belə olduğu təqdirdə hansısa nəticədən, uğurdan söhbət gedə bilər. Hesab edirəm ki, bu, ciddi bir məsələ olduğuna görə cəmiyyətin təbəqələri, bütün üzvləri belə məsələlərdə fəal olmalıdırlar”.
Xəstə uşaqlar dünyaya gəlir...
Deputatın fikrincə, laqeydliyə və biganəliyə yol vermək olmaz: “Cəmiyyətin bir hissəsi qeyd etdiyim kimi, fərqli düşünür, amma cəmiyyətin fərqli düşünməsi əsas deyil. Əsas olan odur ki, qohum nikahlarından çoxlu sayda uşaq xəstə dünyaya gəlir. Yəni bunun saysız faktları var, insanların əziyyət çəkdiyini görürük. Düşünürəm ki, əsas meyar bunlar yox, gələcəyimiz, gənclərin sağlamlığı və onların gələcəyinə yönəlmiş addımlar olmalıdır. Əsas prinsip, məqam kimi bunu nəzərə almalıyıq”.
Hansı cəza gözləyir?
Hüquqşünas Nadir Məmmədov qeyd edib ki, 1 iyul 2025-ci il tarixindən sonra qohumların “vətəndaş nikahında” yaşaması üçün nə İnzibati Xətalar Məcəlləsində, nə də Cinayət Məcəlləsində hələ ki hansısa məsuliyyət nəzərdə tutulmayıb: “Sadəcə olaraq həmin şəxslərin nikahı 01.07.2025-ci il tarixdən sonra rəsmiləşdirilməyəcək”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

