Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Sabah Bakıda 29 dərəcə isti olacaq

Sabah Bakıda 29 dərəcə isti olacaq

22.05.2025 [13:02]

Milli Hidrometeorologiya Xidməti mayın 23-nə gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

Xidmətdən bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 15-17, gündüz 24-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 26-31, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Paylaş:
Baxılıb: 324 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31