Macarıstanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb
19.05.2025 [19:19]
Mayın 19-da Macarıstanın Elte Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı olub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Dillər Universitetindən (ADU) məlumat verilib. Açılış mərasimində qeyd olunub ki, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi iki ölkə arasında elmi, mədəni, siyasi, təhsil sahələrində tərəfdaşlıq münasibətlərinə töhfə verəcək.
Elte Universitetinin rektoru Laszlo Borhy ADU ilə əlaqələrin inkişafında yeni açılan Mərkəzin xüsusi rola malik olacağını vurğulayıb. Bildirib ki, ADU-da fəaliyyət göstərən Macar Dili və Mədəniyyəti Mərkəzi ilə qarşılıqlı əlaqələrin qurulması fonunda yeni layihələr, müəllim-tələbə mübadiləsi proqramları həyata keçiriləcək.
ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova qeyd edib ki, Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrini daha da genişləndirir və bu istiqamətdə xaricdə açılan mərkəzlərin xüsusi yeri var: “Bu Mərkəzin açılışı əlamətdar hadisədir. Burada Azərbaycan mədəniyyətinin və dilinin öyrənilməsi, ciddi elmi-tədqiqat işlərinin aparılması ilə bağlı böyük perspektiv var”. O, Mərkəzin açılışında göstərdiyi böyük dəstəyə görə Elte Universitetinin Türk dilləri departamentinin müdiri professor Benedek Periyə təşəkkürünü bildirib.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tamam Cəfərova iki ölkə arasında əlaqələrin inkişafının perspektivlərindən söz açıb.
Görüşdə Azərbaycan ilə Macarıstan arasında dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu, hər iki ölkənin siyasi, iqtisadi, təhsil və digər sahələrdə fəal əməkdaşlıq etdiyi diqqətə çatdırılıb: “Parlamentlərarası münasibətlər iki ölkə arasındakı inkişafa böyük töhfə verib. Yeni Mərkəzin açılması iki ölkə arasında olan sıx tərəfdaşlıq və dostluq münasibətlərinə öz müsbət təsirini göstərəcək”.
Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə çıxışında qeyd edib ki, ADU ilə Elte Universitetinin tərəfdaşlığı iki ölkə arasında mövcud olan elmi, mədəni əlaqələrin inkişafına təkan verəcək. ADU-nun yüksək elmi potensialından danışan səfir deyib ki, bu təhsil ocağında multikultural ab-hava kifayət qədər münbitdir. Bu da təhsil müəssisəsində bir sıra xarici ölkələrin dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti üçün əlverişli imkanlar yaradır. ADU-nun rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə xarici ölkə universitetlərində yaradılan Azərbaycan Dili və Mədəniyyəti mərkəzlərinin fəaliyyəti ölkələr arasında münasibətlərin inkişafına töhfə verir.
Tədbirdə ölkələr arasında elmi əməkdaşlıqla bağlı irəli sürülən dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti ideyasının orijinallığı xüsusi olaraq vurğulanıb.
Azərbaycanda təhsil almış ilk macar tələbə, professor Maria Kenessey Macarıstanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılmasının son dərəcə sevindirici bir hadisə olduğunu söyləyib. Mərkəzin açılması münasibətilə təbriklərini çatdıran professor Maria Kenessey gənclərə təhsil həyatında uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

