Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Xəbərdarlıq: Gələn həftənin ilk günlərində hava şəraiti fasilələrlə yağıntılı olacaq

Xəbərdarlıq: Gələn həftənin ilk günlərində hava şəraiti fasilələrlə yağıntılı olacaq

17.05.2025 [19:25]

Mayın 19-na olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın rayonlarında mayın 19-da gündüz şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Paylaş:
Baxılıb: 391 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31