“Qulaq dostumuz”...
07.05.2025 [09:52]
7 may Radionun ad günüdür
Radio hələ də məşhur yayım orqanı vasitəsi olaraq yerini qorumaqdadır. Bu kütləvi informasiya vasitəsi bir əsrdən artıqdır ki, insanların məişətinə daxil olmaqla bərabər, onların həyat tərzində mühüm rol oynayır. Eyni zamanda, radio bir rabitə sistemi kimi fövqəladə hallarda geniş və əvəzsiz imkanlara malikdir. Bundan başqa, radio həm də dilimizin təbliğat tribunasıdır. Elektron medialar arasında ən köhnəsi olan radionun - “qulaq dostumuzun” yaranmasının uzun bir tarixi var.
Radio təkcə texniki vasitə kimi deyil, həmçinin demokratik müzakirənin formalaşması və möhkəmlənməsinin baş verdiyi informasiya məkanıdır. 7 may dünya elm və texnika tarixinə Radio Günü kimi daxil olub. Bu gündə bütün radio dinləyiciləri, audiovizual mütəxəssislər və yayımçılar təkcə radionun xüsusiyyətlərinə hörmətlə yanaşmağa deyil, həm də onun sülhü təşviq etmək üçün unikal alətə çevrilməsinə töhfə verməyə dəvət edilir.
Radio necə yaranıb?
Radionun meydana çıxması üçün səsin yazılıb-yenidən canlandırılması, bundan daha önəmlisi isə fəzada mövcud olan elektromaqnit dalğalarının tapılıb bəşəriyyətin ixtiyarına verilməsi zəruri idi. Səsyazmanın tarixi 13-cü əsrdə - Almaniyada qraf “Böyük Albert”lə başlasa da, sonralar Fransa (J.Dyuqamel və L.Skot), Böyük Britaniya (T.Yunq) və Rusiyada (A.Krotsenşteyn) davam etdirilsə də proses 19-cu əsrdə ABŞ-da sona çatdı. Məşhur ixtiraçı T. Edison davamlı sınaqlardan sonra 1877-ci ilin dekabrında düzəltdiyi fonoqrafın qarşısında həyəcanla “Meri və onun körpə quzusu” adlı uşaq şeirini söyləyir. Bir dəqiqədən sonra ixtiraçının köməkçisi C.Krues heyrət içində aparatın həmin şeiri anlaşılmaz şəkildə təkrar etdiyini eşidir. Beləliklə, səsin dəqiq yazılması və onun yenidən eşidilməsi kəşf olunur, lakin bu, radionun kəşfi demək deyildi. Bundan əvvəl teleqrafın (1837), Morze əlifbasının (1843), telefonun (1876) və səsin telefonla ötürülməsinin (1880) kəşfi də hələ radionun ixtirasını yaxınlaşdırmırdı. Bunun üçün fəzadakı elektromaqnit dalğaları kəşf olunmalı, bu dalğaların axını insanın iradə və istəyinə tabe edilməli, məlumatı naqilsiz, yəni elektromaqnit dalğaları ilə uzağa ötürmək üsulu meydana çıxmalı idi.
Markoni, yoxsa Popov?
Radionun kəşfi 1894-cü ildə italiyalı mühəndis, radiotexnik Qulyelmo Markoniyə nəsib olur. Uzaq məsafəyə hava dalğaları ilə simsiz xəbər göndərmək marağını təmin etmək üçün Boloniyadakı evinin damında inadla təcrübələr aparan ixtiraçı nəhayət, öz istəyinə çatır.
Markoni hələ məktəbliykən beynindən çoxlu ixtiralar etmək istəyi keçirdi. 20 yaşında olarkən elektromaqnit dalğaları haqqında oxuduğu bir yazı onu çox cəlb etdiyindən gənc mühəndis eksperimentlərə başladı. O, xəyali olanları praktikada tətbiq etmək qərarına gəldi. Markoninin valideynləri övladlarının çox xərc aparan eksperimentləri üçün pullarını əsirgəmədilər. Maraq, bilik və praktik bacarıq 20 yaşlı bu gənci bütün Avropada məşhurlaşdırdı. İtaliyada yaşayan Markoni 21 yaşında İngiltərəyə köçdü və orada naqilsiz rabitə şirkəti yaratdı.
Q.Markoni ilə təxminən eyni vaxtda, 1895-ci ildə rus mühəndisi Aleksandr Popov da elektromaqnit dalğalarını kəşf etmiş və onun tapıntısı dərhal təcrübədə sınaqdan keçirilmişdi. Elektromaqnit dalğaların mövcudluğunu göstərməyin daha həssas və etibarlı üsulunu tapan A.Popov bu dalğaları bilavasitə qeydə alan “Kogerer” adlı ölçü cihazı da düzəltmişdi. 1900-cü ilin sərt qışında Finlandiyada - Lavensaari gölündə qəzaya uğramış balıqçıların xilas edilməsində A.Popovun təklif etdiyi bu cihaz radioteleqraf kimi mühüm rol oynadı və bundan sonra rus mühəndisinin ixtirasına diqqət xeyli artdı. Son dövrlərdə, yəni dünya elmi ilə təmaslar artdıqca, o cümlədən radionun tarixi ilə bağlı dəqiq bilgilər çoxaldıqca Rusiya alimləri yanlış olaraq “radionu kim kəşf edib? Markoni, yoxsa Popov?” dilemmasını ortaya atmağa çalışırlar. Əlbəttə, radionun inkişafında A.Popovun xidmətləri danılmazdır. Amma dünya radionun banisi kimi Markonini tanıyır. Amma yaxşıdır ki, bu sahədə A.Popovun ixtiraları da danılmır. Məsələn, son dövrün bir çox sorğu kitablarının səhifələrində Markoni və Papov “barışdırılır”.
Azərbaycanda radio nə vaxt yaranıb?
Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da yaradılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” ifadəsi ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. İlk dövrdə Bakı studiyası indiki İstiqlaliyyət küçəsi, 10 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının (keçmiş İsmailliyyə) üçüncü mərtəbəsində cəmi 3 otaqda fəaliyyət göstərirdi.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

