Leyla Əliyevanın təşəbbüsü ilə “Gənc arıçı” layihəsi Xızı rayonunda həyata keçiriləcək
05.05.2025 [17:50]
Gənc ailələrin məşğulluğu və ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən “Gənc arıçı” layihəsi bu dəfə Xızı rayonunda icra olunacaq. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən ölkəmizin müxtəlif bölgələrində uğurla reallaşdırılır.
IDEA İctimai Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihəyə cəlb olunacaq 20 gənc ailə əvvəlcə nəzəri və praktiki təlimlərdə iştirak edəcək. Təlimləri başa vurmuş iştirakçılar arı ailələri və pətəklər, arıçı geyimi, balsüzən aparat və digər zəruri avadanlıqlarla təmin olunacaqlar. Gənc arıçılara istehsalat prosesinin effektiv təşkili üçün zəruri şərait yaradılacaq, eyni zamanda, məhsulların sertifikatlaşdırılması, brendləşdirilməsi, dizaynı və satış strategiyalarının hazırlanması sahəsində metodoloji və peşəkar dəstək göstəriləcək.
Qeyd edək ki, 2021-ci ildən etibarən IDEA İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsi çərçivəsində ölkənin müxtəlif regionlarında yaşayan 60-dan çox gənc ailəyə arıçılıq təsərrüfatının qurulmasına dəstək göstərilib.
Layihənin məqsədi biomüxtəlifliyin əsas qoruyucularından biri olan arıların ölkə üzrə yayılma arealının genişləndirilməsi, arıçılığın ekosahibkarlıq forması kimi regionlarda təşviqi, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı fəaliyyətlərinin dəstəklənməsi və keyfiyyətli təbii bal istehsalının artırılmasıdır. Eyni zamanda layihə, gənc ailələrin sosial rifahının yüksəldilməsinə və onların dayanıqlı məşğulluğunun təmin olunmasına töhfə verməyi hədəfləyir.
“Gənc arıçı” layihəsində iştirak etmək istəyən Xızı rayonunda yaşayan 18-35 yaş arası gənclər mayın 18-dək müraciətlərini IDEA İctimai Birliyinin “1113” qaynar xətti və ya elektron poçt ünvanına (info@ideacampaign.org) göndərmələri və yaxud Dövlət Məşğulluq Agentliyinin Xızı rayon xidmət şöbəsinə yaxınlaşaraq qeydiyyatdan keçmələri xahiş olunur.
Müraciətlərin qiymətləndirilməsi zamanı iştirakçıların arıçılıq sahəsində bilik və təcrübəsi, sosial vəziyyəti, həmçinin arıçılıq təsərrüfatının yerləşdirilməsi üçün müvafiq həyətyanı torpaq sahəsinin mövcudluğu əsas meyarlar kimi nəzərə alınacaq.
Xəbər lenti
Hamısına baxSosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25

