/ / Heydər Əliyev Fondu tərəfindən ABŞ-ın Merilend ştatında yerləşən fiziki və əqli cəhətdən qüsurlu uşaqların təhsil aldığı məktəblərə xeyriyyə yardımı edilib
Heydər Əliyev Fondu tərəfindən ABŞ-ın Merilend ştatında yerləşən fiziki və əqli cəhətdən qüsurlu uşaqların təhsil aldığı məktəblərə xeyriyyə yardımı edilib
08.06.2013 [05:09]
Azərbaycan ilə yanaşı, ölkəmizin hüdudlarından kənarda da xeyriyyəçilik fəaliyyətləri həyata keçirən Heydər Əliyev Fondu tərəfindən bu dəfə ABŞ-ın Merilend ştatının Montqomeri dairəsində yerləşən və ciddi fiziki və əqli qüsurlu uşaqların təhsil aldığı məktəblərə xeyriyyə yardımı göstərilib.
Bu yardım əsasında həmin məktəblər üçün kompyuterləşdirilmiş interaktiv lövhələr və əlil uşaqlar üçün müvafiq avadanlıq alınacaq.
İyunun 6-da bu münasibətlə Merilend ştatında qüsurlu uşaqların təhsil aldığı “Lonqvyu” məktəbində xüsusi mərasim təşkil olunub.
Mərasimdə məktəb rəhbərliyi, Montqomeri dairəsinin təhsil sisteminə daxil olan təşkilatların nümayəndələri, yerli hakimiyyət dairələrinin təmsilçiləri və qüsurlu şagirdlərin bir qrupu qatılıblar.
İştirakçılar qarşısında çıxış edən Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi Cəmilə Paşayeva-Seyidzadə ilk növbədə onlara ölkəmiz və xalqımız haqqında məlumat verib, daha sonra Fondun qısa tarixçəsi, məqsəd və məramlarından söz açıb. O, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında aparılan çoxşaxəli fəaliyyətlər və onların əhatə dairəsi barədə danışıb.
Fondun prezidentinin uşaqlara yetirdiyi diqqət və qayğını xüsusilə vurğulayan C.Paşayeva-Seyidzadə mərasimin təşkilinin ölkəmizdə geniş qeyd olunan 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günündən sonraya təsadüf etdiyini və uşaqlara bəxş edilən sevincin qiymətsiz olduğunu söyləyib.
Fondun nümayəndəsi yekunda “Lonqvyu” məktəbi ilə Azərbaycanın ixtisaslaşmış təhsil müəssisələri arasında təcrübə mübadiləsinin təşkilinin hər iki tərəf üçün faydalı ola biləcəyini göstərib.
Mərasimdə Montqomeri dairəsinin təhsil fondunun icraçı direktoru Yolanda Pruit, dairənin təhsil xidmətləri mərkəzinin nümayəndəsi Lavern Kimbal və “Lonqvyu” məktəbinin əlaqələndiricisi Mişel Mak çıxış edərək səmimi xeyriyyəçiliyə görə Heydər Əliyev Fonduna təşəkkür edib və bu təşəbbüsü çox yüksək qiymətləndiriblər.
Tədbirin iştirakçıları arasında olan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov öz növbəsində Heydər Əliyev Fondunun Montqomeri dairəsinin fiziki cəhətdən qüsurlu uşaqların təhsil aldığı məktəblərə göstərdiyi xeyriyyə dəstəyinin onların duyduğu ehtiyacların qarşılanması ilə bərabər, iki ölkənin xalqları arasında münasibətlərin dərinləşməsinə əhəmiyyətli bir töhfə olduğunu ifadə edib.
Bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycan musiqisi incilərini əks etdirən disklər və məlumat kitabçalarından ibarət hədiyyələri “Lonqvyu” məktəbinin rəhbərliyi minnətdarlıq hissi ilə qəbul edib.
Mərasimin sonunda məktəbdə fiziki cəhətdən qüsurlu uşaqların təhsili üçün yaradılmış şərait tədbir iştirakçılarına nümayiş etdirilib.
Qeyd edilməlidir ki, Heydər Əliyev Fondu tərəfindən göstərilmiş xeyriyyə yardımına “Washington Times” qəzetində ayrıca bir məqalə həsr olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

