Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur

Ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur

14.01.2025 [14:50]

Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə dumanlı hava şəraiti müşahidə olunur.

AZƏRTAC-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Şabran, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astarada müşahidə olunan duman görünüş məsafəsinin 50-200 metrədək məhdudlaşmasına səbəb olub.

“Dumanlı hava şəraitinin Bakıda və Abşeron yarımadasında günün ikinci yarısınadək, bölgələrdə isə yanvarın 16-dək davam edəcəyi gözlənilir. Dumanlı hava şəraiti ilə əlaqədar sürücülərin ehtiyatlı və məsuliyyətli olması tövsiyə olunur”.

Xidmət rəsmisi qeyd edib ki, duman sinoptik şəraitlə əlaqədar, qış fəsli üçün xarakterik olan atmosfer hadisəsidir.

“Yer səthində gündüz saatlarında havanın temperaturunun nisbətən yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsi nəticəsində inversiya dumanı formalaşır. Mülayim və azsürətli küləklərin üstünlüyü dumanın davamlı olmasına şərait yaradır”, - deyə o bildirib.

Paylaş:
Baxılıb: 476 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31