/ / “İslamın minarəsi” beynəlxalq jurnalının Nizami Gəncəviyə həsr olunmuş xüsusi buraxılışı təqdim edilib
“İslamın minarəsi” beynəlxalq jurnalının Nizami Gəncəviyə həsr olunmuş xüsusi buraxılışı təqdim edilib
06.11.2024 [18:41]
Noyabrın 6-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Moskvada “Mədinə” Nəşriyyat evində nəşr olunmuş “İslamın minarəsi” (“Minaret İslama”) beynəlxalq jurnalının Nizami Gəncəviyə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru akademik Rafael Hüseynov “Mədəniyyətləri birləşdirən Nizami körpüsü” mövzusunda məruzə ilə çıxış edib.
Jurnalın bu nömrəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı işıqlandırılıb, Azərbaycan tədqiqatçılarının məqalələri yer alıb. Bu nömrəyə ön sözü jurnalın baş redaktoru, ilahiyyat elmləri doktoru Damir Muxetdinov yazıb. Həmçinin jurnalda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun “Nizami poetik məktəbinin dünya əhəmiyyəti”, Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimlinin “Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan Nizami Gəncəvinin əlyazmaları”, filoloq alimlərdən İradə Musayevanın “Nizami Gəncəvi klassik Şərq ədəbiyyatında roman ustası kimi”, İlahə Hacıyevanın “Nizami Gəncəvinin həyat yolu”, “İz” elmi-tədqiqat jurnalının baş redaktoru Dəmir Babazadə-Aranellinin “Sonsuz Nizami Gəncəvi” mövzularında araşdırmaları öz əksini tapıb. Nizami əsərlərinin tərtibat və illüstrasiya nümunələri isə “İslamın minarəsi” jurnalının tematik sayının redaksiya heyətinin üzvü, Xalq rəssamı Səlhab Məmmədova məxsusdur.
Tədbirdə Rusiya Federasiyası Müsəlmanları İdarəsinin və Rusiya Müftilər Şurasının sədri, baş Müfti Şeyx Ravil Qaynutdin, Rusiya Federasiyası Müsəlmanları İdarəsi sədrinin müavini Damir Muxetdinov, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov, Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti Şurasının sədri Bəxtiyar Həsənov çıxış ediblər. Həmçinin muzeyin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri professor Şəfəq Əlibəyli “İslamın minarəsi” jurnalının özəllikləri” mövzusunda çıxış edərək müasir dövrdə İslam dininin yaradıcı, sülhsevər, humanist potensialından danışıb. O, jurnalın İslam dünyasından bəhs edən populyar elmi nəşr olduğunu və İslamın müasirlik kontekstində dərk olunmasının xüsusi rolu olduğunu vurğulayıb.
Daha sonra Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin müdiri Nailə Əliyevanın “Nizami irsinin və Azərbaycan ədəbiyyatının ekspozisiyada təbliği” mövzusunda çıxışı dinlənilib.
Tədbirdə Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən sərgi nümayiş olunub.
Sonda Şeyx Ravil Qaynutdin Rafael Hüseynova Il Yekaterina dövründə çap olunmuş “Qurani-Kərim”i və müəllifi olduğu kitabları təqdim edib. Rafael Hüseynov isə müəllifi olduğu “Sözün meracı”, Məhsəti Gəncəvinin rübailərini (rus və ərəb dillərində) və “Rübai mülkünün sultanı” kitablarını qonaqlara hədiyyə edib. Həmçinin o, Damir Muxetdinova, Ravil Qaynutdinə və Azərbaycan İlahiyyat İnstitutunun fəxri doktoru, jurnalın tematik sayının redaksiya heyətinin üzvü Səfa Kərimova “Təşəkkürnamə” təqdim edib.
Xəbər lenti
Hamısına baxSosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41

