“Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi başlayır
18.10.2024 [22:47]
Azərbaycanda IDEA İctimai Birliyinin dəstəyi ilə “Yer kürəsi uşaqların gözü ilə” adlı beynəlxalq fotomüsabiqə elan edilib. Fotomüsabiqə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunur.
AZƏRTAC xəbər verir ki, layihə dünyaşöhrətli fotoqraf, “Reza Visual Academy”nin təsisçisi Reza Deqatinin təşəbbüsü ilə baş tutur.
“Yer kürəsi uşaqların gözü ilə” təkcə fotomüsabiqə deyil, eyni zamanda, gələcək nəslin ətraf mühitə dair maarifləndirmədə və təbliğatda yol göstərməsi üçün fəaliyyət göstərməsinə çağırışdır. Müsabiqəyə dünyanın hər yerindən 18 yaşına qədər uşaq və yeniyetmələr təbiətin gözəllikləri, çirklənmə və iqlim dəyişikliyinin yaratdığı problemlər barədə fərqli baxışlarını fotolar vasitəsilə təqdim etməyə dəvət olunur.
“Mən təbiəti sevirəm, çirklənmədən qorxuram” devizi altında keçirilən müsabiqə gəncləri ətraf mühitə sevgilərini və planetimizin gələcəyi ilə bağlı narahatlıqlarını əks etdirən cəlbedici fotoşəkillər çəkməyə təşviq edir.
Qalib gələn fotoşəkillər COP29 çərçivəsində noyabrın 11-dən etibarən Bakıda Heydər Əliyev Mərkəzində sərgilənəcək.
Xatırladaq ki, bundan əvvəlki “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi gənc fotoqrafların bədii istedadlarını, ətraf mühitə dair məlumatlılığını nümayiş etdirərək qlobal diqqət toplayıb, fotoqrafiyanın maarifləndirmə və sənətin unikal və effektiv bir formada birləşdirici rolunu göstərib.
Müsabiqə gənclərə ətraf mühitin mühafizəsində mövqe tutmaq və fotoqrafiyanın universal dili ilə dəyişikliklərə ilham vermək məqsədi daşıyır.
Fotoqrafiyada təcrübə və bacarıq səviyyəsindən asılı olmayaraq, bütün ölkələrdən 18 yaşa qədər uşaq və yeniyetmələr müsabiqədə iştirak etmək üçün mövzuya uyğun gələn 1-dən 20-dək fotoşəkil (şəkillərin kontekstini və mövzu ilə əlaqəsini təsvir edən qısa izah qeyd etməklə) təqdim edə bilərlər.
Təqdimatlar müsabiqənin rəsmi internet səhifəsi vasitəsilə onlayn verilə bilər. Əlavə məlumat və təlimatlar saytda mövcuddur.
Oktyabrın 31-i müraciət üçün son tarixdir.
Münsiflər heyəti fotoşəkilləri yaradıcılıq, mövzuya uyğunluq, düşüncə və emosiya oyatmaq bacarığı əsasında qiymətləndirəcək. Qaliblər qlobal səviyyədə tanınma fürsətindən əlavə, sənət nailiyyətlərinə görə SRL kameralar qazanacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00

