Bələdiyyələr birləşdiriləcək?
11.10.2024 [09:48]
Yerli özünüidarə strukturlarında islahatlar gözlənilir
Azərbaycanda bələdiyyələrin fəaliyyəti ilə bağlı mütəmadi islahatlar aparılır. Qanunvericilik təkmilləşdirilir, fəaliyyətin daha dinamik və optimal şəkildə həyata keçirilməsi üçün addımlar atılır. Qeyd edək ki, bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur - struktur Azərbaycan Respublikasının Konstitusiyası, eyni zamanda “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyasında keçmiş postsovet məkanı üçün tamamilə yeni olan hüquqi təsisat - yerli özünüidarə orqanları, qeyri-dövlət təşkilatı olan bələdiyyələr institutu təsis edilib. Konstitusiyanın 142-ci maddəsində bələdiyyələrin formalaşması və hüquqları müəyyən olunur. Ölkəmizdə ilk bələdiyyə seçkiləri 1999-cu il dekabrın 12-də baş tutub. 1999-cu ildə bu struktur yaradılarkən ölkədə 2669 bələdiyyə fəaliyyət göstərdiyi halda sonradan onların sayı artaraq 2757-yə çatıb. Sonradan bələdiyyələrin birləşməsi nəticəsində bu say əvvəlcə 1766-ya, daha sonra isə 1606 düşüb.
Yeni qanun layihəsi...
Bununla belə, yerli özünüidarə strukturu ilə bağlı yenidən islahatlar nəzərdə tutulur. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov KİV-ə açıqlamasında Azərbaycanda bələdiyyələrin birləşməsi ilə bağlı qanun layihəsinin hazırlanacağını bildirib. Layihə çərçivəsində bələdiyyələrin sayının üçdə birinin azaldılması nəzərdə tutulur. Beləliklə, ölkə üzrə bələdiyyələrin sayı 500-dən artıq olacaq. Siyavuş Novruzovun sözlərinə görə, bəzi ərazilərdə əhalinin sayına baxmayaraq, çox sayda bələdiyyə fəaliyyət göstərir. Elə yerlər var ki, 60-70 nəfər əhali yaşayır, lakin orada bələdiyyə qurulub. Bu bələdiyyələr vergi yığmaqda, digər funksiyalarını yerinə yetirməkdə çətinlik çəkirlər. Bu səbəbdən, bələdiyyələrin birləşdirilməsi məsələsi gündəmdədir. Yeni qanun layihəsinin qəbulundan sonra, bələdiyyələrin fəaliyyətinin daha səmərəli olması və idarəetmənin optimallaşdırılması gözlənilir.
Qanun layihəsində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə digər bələdiyyələrlə birləşdiriləcək.
Bələdiyyələrin birləşdirilməsi müsbət nəticəsini verəcək
Məsələ ilə bağlı fikirlərini bölüşən Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib ki, kiçik bələdiyyələr maliyyə bazası olmayan yerli idarəetmə orqanları kimi özlərini doğrultmurlar. Onun sözlərinə görə, kiçik bələdiyyələrin fəaliyyəti vətəndaşları qane etmir və bələdiyyələr haqqında mənfi fikir formalaşır: “Bir çoxları deyir ki, bu qurum əhəmiyyətsiz, heç bir işə yaramayan qurumdur və ləğv olunmalıdır. Əslində, bələdiyyələr bu günümüz üçün vacib olan demokratik təsisatdır. Ancaq onların fəaliyyəti təkmilləşdirilməlidir”.
Milli Məclisin üzvü əlavə edib ki, bugünədək ölkədə bələdiyyələrin birləşməsi, ləğv edilməsi prosesi baş verib: “Bu islahatların müsbət nəticələrinin də şahidi olmuşuq. Ancaq hələ də onların sayı çoxdur. Əhalisi Azərbaycan qədər olan bir sıra ölkələr var ki, orda 250-300 bələdiyyə fəaliyyət göstərir. Əgər bu gün hər hansı bir kənddə fəaliyyət göstərən bələdiyyə heç bir maliyyə bazasına malik olmayan, yerli əhəmiyyətli sosial-iqtisadi məsələləri həll edə bilmirsə, demək ki, onun fəaliyyətinin də effekti olmayacaq. Hesab edirəm ki, bələdiyyələrin sayının azaldılması ilə bağlı irəli sürülən təkliflər müsbətyünlüdür və məqsədəuyğundur. Biz bu il ölkə olaraq bələdiyyə seçkilərinə gedirik. Əlbəttə, bu prosesin baş verməsi seçkilərdən sonra daha yüksək səviyyədə və optimal fəaliyyətə malik bələdiyyələrin formalaşmasına yol açacaq. Düşünürəm ki, Azərbaycanda da sözügedən proses, bələdiyyələrin birləşdirilməsi müsbət nəticəsini verəcək”.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

