Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakıda yeni parklanma məntəqələri istifadəyə verilib

Bakıda yeni parklanma məntəqələri istifadəyə verilib

10.10.2024 [13:13]

Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının bir çox yerlərində avtomobilləri saxlamaq üçün yeni və müasir parklanma məntəqələri istifadəyə verilir.

AYNA-dan bildirilib ki, Alı Mustafayev küçəsində 17 yerlik parklanma məntəqəsinin təşkili üçün nişanlanma işləri görülüb.

Bundan başqa, Mərdanov qardaşları küçəsində 1 məntəqədə yol nişanı quraşdırılaraq ödənişli parklanma tətbiq edilib. Əlavə olaraq, Mərdanov qardaşları, Yusif Məmmədəliyev və Alı Mustafayev küçələrində mövcud parklanma məntəqələrində 5 ədəd məlumat lövhəsi yol nişanı quraşdırılıb.

Paytaxtın Mikayıl Müşfiq küçəsində isə 2 ədəd “Dayanma və durma qadağandır” yol nişanı quraşdırılıb.

Bu istiqamətdə işlər davam etdiriləcək.

Paylaş:
Baxılıb: 546 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31