Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Binədə 7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Binədə 7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb

05.10.2024 [21:17]

Xəzər rayonunun Binə qəsəbəsində yerləşən evlərin birindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Şöbəsinin (PŞ) əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törədən 1989-cu il təvəllüdlü Tural Səlimov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı onun Binə qəsəbəsində ümumilikdə 7 evdən pul və qızıl oğurladığı müəyyən edilib. T.Səlimovun oğurladığı qızılları Nəsimi rayonunda yerləşən mağazalardan birinə satdığı məlum olub.

Saxlanılan şəxsin evlərdən ümumilikdə 27 min manata yaxın pul və qızıl oğurladığı müəyyən olunub. T.Səlimov barəsində Xəzər RPİ-nin 3-cü PŞ-də araşdırmalar davam etdirilir.

Paylaş:
Baxılıb: 792 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31