DİM kolleclərin boş qalan yerlərinə qəbul elan edib
30.08.2024 [09:29]
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 30-dan sentyabrın 3-dək ixtisas seçimi elan edir.
"Report" xəbər verir ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti (sahələr üzrə)” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi 2024-cü il avqustun 30-dan sentyabrın 3-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib https://eservices.dim.gov.az/erizetex/ixtisas2/internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.
İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.
Boş qalan yerlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub. Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), eləcə də kitab mağazalarından almaq mümkündür.
Jurnalın elektron versiyasını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.
Xidmətə keçid: https://eservices.dim.gov.az/ejurnal
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10
Dünya
05 Avqust 12:06
Elm
05 Avqust 12:05
Gündəm
05 Avqust 11:50
Gündəm
05 Avqust 11:40
Analitik
05 Avqust 11:20
COP29
05 Avqust 10:57
Analitik
05 Avqust 10:40
Analitik
05 Avqust 10:20
YAP xəbərləri
05 Avqust 10:06
Analitik
05 Avqust 10:05
Analitik
05 Avqust 09:55
Analitik
05 Avqust 09:40
Sosial
05 Avqust 09:20
YAP xəbərləri
05 Avqust 09:07
İqtisadiyyat
05 Avqust 09:05
Dünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42

