Sentyabr ayından...
12.07.2024 [11:00]
Bəzi fənlər yeni məzmunda tədris ediləcək
Yeganə BAYRAMOVA
Senytabr ayından etibarən orta məktəblərimizdə bəzi fənlərin tədrisində yeni sistemdən istifadə olunacaq. Bununla bağlı Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu açıqlama verib. Onun sözlərinə görə, 2024-2025-ci tədris ilində VI sinif üzrə coğrafiya, VII sinif üzrə isə kimya, fizika, biologiya fənləri yeni məzmunda tədris olunacaq.
Şöbə müdiri qeyd edib ki, bu dərsliklər yeni konsepsiya əsasında tərtib olunub: “Yeni dərsliklər fənnin, elmin həyata tətbiqi məsələlərini qabardır və izafi nəzəri bilikləri azaldır. Misal olaraq, yeni coğrafiya dərsliyi şagirdə məkan anlayışını sadə yolla izah etməklə başlayır”.
STEAM məşğələləri yeniliklərə aiddir
Nazirlik rəsmisi xatırladıb ki, ötən illərdə informatika fənni bir sıra məktəblərdə yeni məzmunda tədris olunub: “Burada şagirdlərə təkcə nəzəriyyə deyil, praktik kodlaşdırma bacarıqları da öyrədilir. Bundan başqa, təbiət fənlərinin tədrisinə ayrılan vaxt və həcm artırılıb. STEAM məşğələlərinin keçirilməsi də məzmunda yeniliklərə aiddir. Xeyli məktəbdə STEAM laboratoriyaları var və bu sahədə əhatəlilik genişləndirilir”.
Bu fənlərdə də təkmilləşmələr olacaq...
V.Yaqublu bildirib ki, Riyaziyyat və Azərbaycan dili fənlərinin məzmunu ilə bağlı təkmilləşdirmələr davam edir: “Əgər əvvəllər Azərbaycan dili fənninin tədrisində şagirdlərə əsasən dil qaydalarını öyrədirdiksə, indi dünyada qəbul olunduğu kimi, dörd əsas məsələni öyrədirik: dinləyib-anlama, oxuyub-anlama, danışma və yazı. Dil qaydaları isə bu istiqamətləri öyrənmək üçün zəruri bilikləri verməlidir. I-V sinif Azərbaycan dili dərslikləri bu istiqamətdə hazırlanır”.
Maraqlıdır, dərsliklərdəki bu dəyişikliklər, yeni tədris metodu şagirdləri çətinliyə sala bilərmi?
Sinqapur modeli...
Sualımızı cavablandıran təhsil üzrə ekspert Elçin Əfəndi??? “Yeni Azərbaycan”a açıqlamasına görə, demək olar ki, hər il nazirlik tərəfindən dərsliklərlə bağlı müəyyən dəyişikliklər həyata keçirilir: “Hər il olmasa da, iki ildən bir dərsliklərin məzmununda dəyişikliklər olur. Həmin yeniliklər ilkin olaraq pilot layihə kimi təqdim edilir, müzakirələr aparılır və hər şey qaydasındadırsa, dəyişikliklərə icazə verilir. Ümumiyyətlə, dərsliklərin hazırlanması Nazirlər Kabinetinin (NK) müvafiq qərarı ilə həyata keçirilə bilər. Çünki NK-da dərsliklərə dəyişikliklərlə bağlı bəzi şərtlər var. Məsələn, dərsliklər yığcam, dəqiq və elmiliyə malik olmalıdır. Bundan başqa, uşaqların yaşı və psixologiyası nəzərə alınmalıdır.
Coğrafiya, kimya, fizika və biologiya dərsliklərindəki dəyişikliklərdə Sinqapur modelinə istinad edilib. Əsas məqsəd ondan ibarətdir ki, şagirdlər əldə etdikləri bilik və bacarıqları daha çevik formada tətbiq edə bilsinlər. Yəni bu günə qədər şagirdlərin təhsilində nəzəri hissəyə üstünlük verilirdisə, bundan sonra nəzəri hissə çox qısa və lakonik formada təqdim olunacaq və şagirdlər əsasən təcrübə əsasında biliklərini təkmilləşdirəcəklər. Fikrimcə, bu yenilik müsbət qiymətləndirilməlidir”.
Əvvəllər əzbərçilik çox idi, indi isə...
Ekspert sözügedən dəyişikliklərin mənfi tərəflərinin olmayacağını düşünür: “Ola bilsin ki, dərsliklərin nəzəri hissəsinin qısaldılması ilk zamanlar şagirdlərin yeni sistemə uyğunlaşmasına çox az çətinlik yarada bilər. Lakin bunun mənfi hallara yol açacağına inanmıram. Çünki əvvəllər dərsliklərin nəzəri hissəsində əzbərçilik daha çox təşkil edirdi, indi isə sırf praktiki olaraq öyrənəcəklər. Bu da onların mövzunu mənimsəmə qabliyyətinə ancaq müsbət təsir göstərəcək”.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

