Ürək xəstəliklərini artıran səbəblər...
05.06.2024 [16:22]
Ürək xəstəlikləri dünyada və ölkəmizdə ölüm səbəbləri içərisində ilk yeri tutur. 1990 -cı illərdə ürək xəstəlikləri nəticəsində ildə 12 milyon insan dünyasını dəyişirdisə, hal hazırda bu rəqəm 18 milyondur. Ürək-damar xəstəlikləri içərisində ən çox rast gəlinən miokard infakrtı və insultdur. Bəs sözügedən xəstəlikləri artıran səbəblər hansılardır?
Kardioloq, Azərbaycan və Avropa kardiologiya cəmiyyətinin üzvü Aynur Əlizadə "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, ürək xəstəliklərinin yaranmasına təsir göstərən bir cox faktorlar var ki, bunlara artıq çəki, zərəli vərdişlər (siqarət), təzyiq yüksəkliyi, şəkərli diabet, xolesterin yüksəkliyi, hərəkətsizlik, düzgün olmayan qidalanma və s aiddir: "Bununla yanaşı bəzi infeksion xəstəliklər (virus, bakterial), hava çirkliliyi, yuxu apnoesi də ürək xəstəliklərinin artmasına təsir göstərən faktorlardır. Ürək xəstəlikləri öncələr kişilərin və yaşlı insanların xəstəliyi hesab olunurdu. Statistikaya əsasən təxminən 50 yaşına qədər kişilərdə ürək xəstəliyi daha çox rast gəlinir. 50 yaşdan sonra, yəni menopauza dövründən sonra qadınlarda və kişilərdə ürək xəstəliyinə rast gəlmə tezliyi bərabərləşir. Yəni qadınlar arasında da stenokardiya, miokard infarktı kimi xəstəlikləri çox rast gəlinir.
Onu da qeyd edək ki, hazırda təkcə yaşlılarda deyil, gənclər arasında da ürək xəstəlikləri müşahidə olunur. Bunun isə səbəbləri gənclər arasında siqarət və energetik içkilərin istifadəsinin artması, hərəkətsizlik, fast-food qidalara üstünlük verməsidir.
Mütəxəssis bildirir ki, bu cür xəstəliklərinin yaranmasına təsir göstərən əsas faktorlar şəkərli diabet və hipertoniya (yüksək təzyqi) xəstəliyidir: "Şəkərli diabetdən əziyyət çəkən insanlarda zamanla damarlar zədələnir. Lakin əksər hallarda ağrı və digər əlamətlər müşahidə olunmur. Yəni ürək xəstəlikləri gizli formada inkişaf edir. Yüksək təzyiq miokard infarktı və insult ən çox rast gəlinən səbəblərdir. Təəssüf ki, hipertroniyadan əziyyət çəkən insanlar çox zaman təzyiqi ölçmürlər, və ya yaxud təzyiqin yüksək olduğunu bilsələr də düzgün müalicə etmirlər. Qeyd edim ki,ürək xəstəlikləri vaxtında aşkar olunarsa qarşısı alına bilən xəstəliklərdir".
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

