Rasmussenin “hesabatı”
29.03.2024 [10:30]
Erməni maliyyəsi hesabına hazırlanıb
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ermənipərəst dairələrə rahatlıq vermir. Bu səbəbdən də, ölkəmizə qarşı beynəlxalq müstəvidə qərəzli kampaniyalar səngimək bilmir. Erməni sevdalılarından biri də Danimarkanın keçmiş baş naziri, NATO-nun da keçmiş baş katibi olmuş Anders Foq Rasmussendir. Belə ki, “Ermənistanın Dostları Şəbəkəsi” adlı qrupa başçılıq edən Rasmussen
vaxtaşırı olaraq ölkəmizə qarşı əsassız iddialarla çıxış edir. “Ermənistanın Dostları Şəbəkəsi” adlı qrupun 2024-cü il 21 mart tarixli “Avropa İttifaqı-Ermənistan münasibətlərinin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” adlı hesabatı da bunun növbəti təzahürüdür.
Xatırladaq ki, bu şəbəkənin hazırladığı “hesabatlar” əvvəllər də olub. Qrupun adından da göründüyü kimi, buraya toplaşanlar erməni sevgisi olanlardır və onlar obyektiv, real situasiyanı özündə əks etdirən, İrəvanın maraqlarına zidd olan hesabat hazırlaya bilməzdilər. Erməni maliyyəsi ilə fəaliyyət göstərən bu qrupun işi Azərbaycanı hədəfə almaqdan ibarətdir.
Rəsmi Bakı bu şəbəkənin hesabatında yer alan Azərbaycan əleyhinə əsassız iddiaları qətiyyətlə pisləyib və rədd edib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə məsələ ilə bağlı bildirib ki, hesabatda bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsassız müddəalar Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir. Bu müddəalar, Ermənistanla Avropa İttifaqı arasında münasibətlərin dərinləşdirilməsinə yönəldiyi iddia olunan sözügedən hesabatla bağlı ciddi suallar doğurur. Əslində bu, absurd təbliğatdan başqa bir şey deyil. Bundan əlavə, hesabatın ermənipərəst hekayələrin təbliğatı məqsədilə Ermənistan hökuməti ilə gəlirli sövdələşməyə uyğun olaraq hərəkət edən sözügedən erməni lobbi qrupu tərəfindən aprelin 5-də keçiriləcək ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli konfransı ərəfəsində ictimaiyyətə açıqlanması sözügedən hesabatın və onu imzalayan sabiq rəsmilərin əsl niyyətlərini üzə çıxarır. Açıq mənbələrdən əldə edilən maliyyə sənədləri sübut edir ki, Anders Rasmussen öz lobbi şirkəti “RasmussenGlobal”ı tanıtmaq və şübhəli lobbiçilik və təsir xidmətləri göstərmək üçün NATO-nun keçmiş Baş katibi statusundan sui-istifadəyə davam edir. Ermənistan hökuməti onun müştərisi kimi, “çox düşünülmədən təsdiqlənmiş” bu hesabata görə yüz minlərlə ABŞ dolları xərcləyib.
Maraqlıdır ki, Azərbaycanın Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhdid törətməkdə ittiham olunduğu bu hesabatın həmmüəlliflərindən bəziləri böyük şövqlə müdafiə etdikləri Ermənistan tərəfindən ölkəmizə qarşı törədilən işğal və etnik təmizləmənin birbaşa şahidi olublar. Rəsmi Bakı bu qənaətdədir ki, bütün mövcud faktlara heç bir məhəl qoyulmur, Ermənistandakı revanşist qruplar Azərbaycana qarşı daha radikal mövqe tutmağa sövq edilir. Eləcə də, Qərbin sülh prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyini dəstəklədiyinin şahidi oluruq.
A.Hacızadənin də qeyd etdiyi kimi, Ermənistan hökumətinin maliyyələşdirdiyi təbliğat kampaniyaları rəsmi İrəvanın regional sülh gündəmi ilə bağlı səmimi olmadığını bir daha nümayiş etdirir. Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi Avropa təsisatları da daxil olmaqla, müəyyən dar düşüncəli siyasətçilər vasitəsilə bahalı və mənasız böhtan kampaniyalarının aparılması regional sabitliyə və sülh quruculuğu səylərinə xidmət etmir. Bunun əvəzinə, Ermənistan hökuməti və erməni lobbi qrupları regionda əsl sülh gündəminin təşviqinə diqqət yetirməlidirlər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

