5-ci nəsil qırıcı istehsal edən 5 ölkədən biri...
14.03.2024 [10:10]
Türkiyə “KAAN”ı istehsal etməklə yeni hərbi mərhələ yaradır...
Son illərdə dünyanın siyasi və hərbi mənzərəsi getdikcə daha qatı rəng almaqdadır - siyasi və hərbi motivli qarşıdurmalar artır, yeni eskalasiyalar meydana çıxır. Belə bir şəraitdə qlobal siyasi oyunçular, regional güc mərkəzi funksiyasını həyata keçirən dövlətlər regional təhlükəsizliyin təminatı istiqamətində real addımları ilə seçilirlər. Sülh uğrunda, haqq və ədalət uğrunda mübarizənin önündə yer alan bu dövlətlər bütün parametrlər üzrə inkişaf prioritetlərini reallışdarır, ən yüksək səviyyəyə çatdırır. Məsələn, quruluşunun 100 ilini arxada qoymuş Türkiyə Respublikası son 20 ilə yaxın zaman kəsiyində əldə etdiyi nailiyyətləri ilə xüsusilə seçilməkdədir. Bu dövr ərzində Türkiyə özünün iqtisadi- siyasi, hərbi üstünlüklərini daha da artırmağa, həm bölgədə, həm də Avropa məkanında güc mərkəzi kimi çıxış etməyə nail olub. Son bir neçə il isə Türkiyə üçün xüsusilə əlamətdarlığı ilə seçilib - Avroasiya məkanında yaşanan kataklizmlərin aradan qaldırılmasında Türkiyənin rolunun artması, hərbi və müdafiə sənayesinin yüksəlişi, yeni texnologiyalara əsaslanan müasir tipli silahların hazırlanması, mühüm bir coğrafiyada siyasi liderlik statusunu möhkəmləndirməsi gələcək üçün daha ümidverici perspektivlər formalaşdırır.
Hərbi-siyasi güc mərkəzi...
Qeyd edildiyi kimi, Türkiyənin Yaxın Orta Şərq, Avropa, Qafqaz regionunda oynadığı rol genişlənməkdədir. Azərbaycan ilə strateji müttəfiqlik imzalayan Ankara siyasi münasibətlərdə yeni səhifələr açır. Eyni zamanda, Aralıq dənizi hövzəsinə nəzərən siyasi proseslərin mərkəzində yer alması, Yaxın Orta Şərqdə siyasi sabitliyə verdiyi töhfələr, terrorizmə qarşı mübarizədəki qətiyyəti, hətta NATO- nun gələcəyində oynadağı mühüm rol, Qafqazda siyasi münasibətlərin müəyyənləşməsinə təsiri Türkiyənin siyasi və hərbi müstəvidə müəyyənləşdirdiyi hədəflərin əsas ştrixləridir. Buna nail olmaq üçün isə yüksək iqtisadi inkişafa, sosial tarazlığa, mütləq siyasi qətiyyətə və perspektivli hərbi sənayeyə malik olmaq gərəkir. Qeyd edilən istiqamətlər üzrə inkişafını təmin etmiş Türkiyənin hərbi sənaye potensialının inkişafı ilə bağlı keçdiyi yol xüsusilə diqqəti cəlb edir.
Havadan havaya döyüş aparmaq qabiliyyəti...
Vurğulandığı kimi, Türkiyənin milli müdafiə sənayesi sahəsində inqilabi nailiyyətlər əldə etməsi danılmaz faktdır. Türkiyə ən yeni nəsil texniki göstəricilərə malik uçuş aparatları, qırıcılar, helikopterlər və avtomobillər istahsal edir. Türkiyə milli döyüş təyyarəsi “KAAN”ı istehsal etməklə dünyada 5-ci nəsil qırıcı istehsal edən 5 ölkədən biri sayılır. “Hürjet” isə Türk Silahlı Qüvvələri üçün mövcud “F-16”ları da əvəz edəcək - “KAAN” yerli sursatla təchiz ediləcək. “KAAN”ın texniki xüsusiyyətlərinə gəldikdə isə Türk Təyyarə Sənayesi Şirkətinin (TUSAŞ) yerli və milli imkanlarla inkişaf etdirdiyi milli döyüş təyyarəsi Pilotsuz Uçuş Aparatlarının hava xəbərdarlıqları, nəzarəti kimi funksiyalarını özündə cəmləşdirir. Yeni nəsil silahlarının vasitəsilə havadan havaya döyüş aparmaq qabiliyyətinə malik təyyarə daxili silah yuvalarından səsdən yüksək sürətlə dəqiq zərbələr endirmək iqtidarındadır. Onun döyüş gücü süni intellekt və neyron şəbəkə dəstəyi ilə artırılıb.
“F-35” qırıcılarının alternativi...
Ötən ayın sonunda Türkiyənin ilk milli döyüş təyyarəsi olan “KAAN” ilk uçuşunu həyata keçirdi. “KAAN”ın Ankara səmasında reallaşan uçuşu uğurla başa çatdı - Türkiyə bu təyyarəni ABŞ-ın “F-35” qırıcılarına alternativ olaraq istehsal edir. İlk uçuş isə perspektiv imkanları yenidən göz önünə sərdi.
Ümumiyyətlə, bu döyüş təyyarəsi barədə məlumatlar yayılmağa başladığı gündən etibarən rəsmi Ankaraya birgə əməkdaşlıqla bağlı çoxsaylı təkliflər edilir. Azərbaycan isə hələ ötən ildən “KAAN” proqramının rəsmi üzvü olub. Müqaviləyə görə “KAAN”ın birgə istehsal və təkmilləşdirmə fəaliyyəti ilə bağlı iş prosedurları, əməkdaşlıq prinsipləri müəyyən ediləcək və Azərbaycanın təyyarələr üçün alt sistemləri istehsal etməsinə zəmin yaranacaq.
Azərbaycan layihəyə rəsmən qoşulduqdan sonra Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında müdafiə sənayesində istehsal üçün tərəfdaşlıq imkanı yaradılıb. Türkiyə müdafiə sənayesinin “prestij layihələrindən” biri olan “Kaan”ın dizaynı ən yeni elementlərlə zəngindir. Bahalı olmasına baxmayaraq, əsl beşinci nəsil reaktiv təyyarə sayılan “KAAN”da istifadə olunacaq turbofan mühərrikinin ilkin dizayn mərhələsi üçün tender elan etdi. Tenderə iki tərəfdaşlıq təklifi verildi. Bunlardan biri TEİ-nin Ukraynanın İvçenko Proqressi ilə tərəfdaşlığı, digəri isə “Kale Group” tərəfindən “British Rolls-Royce” ilə birlikdə qurulan “TAEC” Uçak Motor Sanayi şirkəti idi.
“KAAN” üçün əməkdaşlıq...
Pakistan da “KAAN”la bağlı mühüm fikirlər irəli sürür. Pakistanın Ravalpindi şəhərindəki Baş Qərargahında üç ölkənin yüksək rütbəli hərbçilərinin iştirakı ilə baş tutan ikinci üçtərəfli müdafiə əməkdaşlıq görüşü zamanı bu istiqamətdə əməkdaşlıq da müzakiə edilib. Ötən ilin avqustunda isə Türkiyənin Pakistanla “KAAN” tərəfdaşlığı ilə bağlı danışıqlara başlamağı planlaşdırdığı xəbəri yayılmışdı.
Xatırladaq ki, Rusiya da “KAAN”ın birgə istehsalı ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edən ölkələr sırasındadır. Rusiyanın İstanbuldakı baş konsulu Andrey Buravov deyib ki, Moskva əməkdaşlığa hazırdır.
Hərbi mütəxəssislər də bir çox ölkələrin, xüsusilə geniş hərbi imkanlara malik olan ölkələrin - Rusiya, Pakistan, Ukraynanın, Azərbaycanın bu kimi istehsal prosesində Türkiyə ilə əməkdaşlıq etmək niyyətini təbii sayır. Onların fikrincə, Türkiyə artıq müdafiə sənayesi istehsalı sahəsində “KAAN”ın kütləvi istehsalına kifayət qədər yaxınlaşıb. Birgə istehsal məsələsinə gəldikdə isə Türkiyənin daha çox Azərbaycan və Pakistanla əməkdaşlığa üstünlük verəcəyi güman edilir. Buna səbəb Azərbaycanın milli müdafiə sənayesinin də son 20 ildə mühüm uğurları ilə seçilməsidir. Azərbaycanın son 20 ildə apardığı siyasət göz önündədir - hərbi gücünü müasir standartlara inteqrasiya prosesində böyük uğur qazınan ölkəmiz yeni döyüş imkanlarının əldə olunması üçün mühüm əməkdaşlıqlar həyata keçirir. Eyni zamanda, hərbi sahədə Türkiyə modelindən, nümunəsindən istifadə olunur. Bütün bunlar ikitərəfli əlaqələrin konsolidasiyası sayəsində baş tutub.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

