7-ci görüşün nəticələri...
12.03.2024 [10:20]
Kəndlərimiz işğaldan azad olunmalıdır!
2023-cü ilin sentyabrında baş tutmuş lokal antiterror tədbirləri Ermənistan - Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində yeni bir mərhələ formalaşdırdı. Artıq proses beynəlxalq gündəlikdən düşdü - iki dövlət arasında aparılan müzakirələr nəticəsində çözüləcək məsələyə çevrildi. Əslində, məsələlərin ikitərəfli görüş çərçivəsində həllinə mane olmaq nəticə əldə edilməsindən çox prosesi yubandırmağa xidmət edən amildir. İndiki halda, iki ölkənin yaratdığı delimitasiya komissiyalarının görüşləri həm də bu mənada, müsbət mahiyyət daşıyır. Bu görüşlər, eyni zamanda, prosesin dinamikasını göstərir. Artıq Ermənistan müəyyən reallıqları dərk edir və bu kimi görüşlər qarşıdakı dövr üçün müsbət anons deməkdir. Yeri gəlmişkən, Azərbaycanın bu məsələdəki mövqeyi aydın və şəffafdır. Ötən ilin sonlarında Azərbaycan ilə Ermənistanın müvafiq strukturlarının birgə açıqlama yayması və bir sıra müəyyən addımlar prosesin müsbət məcrada inkişafa yönəldiyinə ümid yaradır. Ermənistan bölgədə qeyri-adekvat davranışlardan, mövqedən əl çəkəcəyi halda regional inkişaf prosesində yer alacaq ki, bu da həmin dövlətin gələcək perspektivi üçün əhəmiyyət daşıyır. Bir neçə gün öncə dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların 7-ci görüşünün keçirilməsi bu mənada, müsbət bir anlam kəsb edir. Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətindən AZƏRTAC-a daxil olan məlumata görə, hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər aparılır.
Dezinformasiya, yoxsa manipulyasiya?
Artıq bir neçə ildir davam edən prosesdə yeni ştrixlər sezilir. Xüsusilə, Ermənistan tərəfinin bəzi dezinformasiyalar yayması birmənalı qarşılana bilməz. Ermənistan tərəfinin yalan informasiya üzərindən yeni manipulyasiya axtarışında olduğu ortadadır - onlar öz məntiqləri ilə “irəli sürdükləri” yalan informasiyalar üzərindən Azərbaycana qarşı oyun oynayacaqlarını və bizi haqlı tələblərimizdən geri çəkəcəklərini “düşünürlər”. Belə ki, son vaxtlar Ermənistan mediasında guya Ermənistanın 31 kəndinə məxsus torpaqların Azərbaycanın “işğalı altında” olması barədə hökumət mənbələrindən qaynaqlanan yanlış informasiya fəal şəkildə yayılır. Həmçinin qeyd olunur ki, bunu etiraf etməyən Azərbaycan Respublikası özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir.
Azərbaycanın Baş nazirinin müavininin xidmətinin məlumatında vurğulanır ki, Azərbaycanın bununla bağlı rəsmi mövqeyini əks etdirir: “Qeyd etməyi vacib bilirik ki, dövlət sərhədinin delimitasiyasının aparılmasına qədər Ermənistanın 31 kəndinə məxsus torpaqların “işğal edildiyini” bəyan etmək tamamilə əsassızdır”.
Göründüyü kimi, ermənilər yenə də prosesə mənfi çalarlar qatmaq uğrunda “çalışırlar”. Bu kimi yalanlarla hansısa niyyətlərə çatacaqlarını düşünənlər səhv edirlər - çünki həm tarixi, həm də faktoloji arqumentlər, sübutlar ortadadır. Azərbaycan dövləti erməni işğalı altında olan ərazilərin azad olunmasını tələb edir və Ermənistan guya bunun qarşısını almaq üçün “kontrarqument” yaratmağa çalışır. Bu kimi fəaliyyət isə ümumən prosesə mane olmaq cəhdi kimi qiymətləndirilməlidir.
Erməni işğalı altındakı 8 kənd...
Xatırladaq ki, Azərbaycanın 8 kəndi hələ də erməni işğalı altındadır. İşğal altında olan Bağanis Ayrım kəndi İcevan-Noyamberyan avtomobil yolu üzərində yerləşir və xüsusi strateji əhəmiyyətə malikdir. 1990-cı ilin mart ayının 23-dən 24-ə keçən gecə işğal olunan Bağanis Ayrım kəndində silahsız və günahsız əhaliyə divan tutulub. 600 nəfər əhalisi və 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib. Sadəcə, onu qeyd edək ki, faciə zamanı ermənilər bir ailənin 5 üzvünü diri-diri yandırıblar.
Xeyrimli kəndi isə Gəncə-Qazax düzənliyində yerləşir. 1992-ci ilin martın 8- də Xeyrimli, aprelin 27-də Barxudarlı və Sofulu, iyunun 8-də Yuxarı Əskipara, həmin ayın 11-də Qızıl Hacılı, 14-də isə Aşağı Əskipara kəndləri erməni işğalçıları tərəfindən işğal edilib. Yerli əhali təcavüzə məruz qalaraq doğma evlərini tərk etməli olublar.
Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidində olan Kərki kəndi də 1990-ci ildə ermənilər tərəfindən işğal edilib. Ermənistan hökuməti kəndə “Tiqranaşen” adını verib. Bundan sonra kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda yeni kənd salınıb. 12-14 km-lik döyüş zolağı olan Sədərəyin Kərki kəndi Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş yeganə kəndidir. Ümumilikdə, Ermənistanla sərhəddə yerləşən Qazaxın 7 kəndinin və Naxçıvanın Kərki kəndinin Ermənistan tərəfindən işğalı nəticəsində 100 mindən çox artefaktın saxlanıldığı 22 muzey, 4,6 milyon kitabdan ibarət 927 kitabxana, 85 musiqi məktəbi, 4 teatr, 2 konsert zalı, 4 incəsənət qalereyası və 808 istirahət məkanı məhv edilib.
Vurğulanmalıdır ki, bu kəndlərin 4-ü eksklav olmayan kəndlərdir. Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir. Yayılan məlumatda bildirilir ki, delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50

