Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sergey Lebedev: “Səsvermə prosesi mütəşəkkil şəkildə keçirilir"

Sergey Lebedev: “Səsvermə prosesi mütəşəkkil şəkildə keçirilir"

07.02.2024 [12:28]

MDB-nin Baş katibi və təşkilatın müşahidə missiyasının rəhbəri Sergey Lebedev Azərbaycanda keçirilən prezident seçkilərində seçicilərin fəallığının yüksək olduğunu məmnunluqla qeyd edib. Secki-2024.az saytı xəbər verir ki, bu barədə S.Lebedev 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 38 saylı seçki məntəqəsində müşahidə apardıqdan sonra jurnalistlərə bildirib.

Baş katibin sözlərinə görə, Azərbaycanda növbədənkənar prezident seçkilərində səsvermə prosesi mütəşəkkil şəkildə keçirilir və yüksək seçici fəallığı müşahidə olunur. S.Lebedev qeyd edib ki, seçici fəallığının yüksək olması həm də vətəndaşların seçkilərdə iştiraka olan marağını göstərir.

“Vətəndaşlar respublikada sabitliyin, əmin-amanlığın hökm sürməsində maraqlıdırlar. Açığı, biz, sizin MDB-dəki tərəfdaşlarınız olaraq Cənubi Qafqazda sülhün və sabitliyin tam bərpa olunmasında, Azərbaycanın və digər qonşu respublikaların gələcək mütərəqqi inkişafı üçün şəraitin yaradılmasında son dərəcə maraqlıyıq”, - o bildirib.

Paylaş:
Baxılıb: 644 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31