Azərbaycanla təhdid dili ilə danışmaq mümkün deyil!
12.01.2024 [10:22]
Bu gün dünyada beynəlxalq nizam pozulub, beynəlxalq hüquq normaları işləmir. Belə olan halda böyük dövlətlər digər xalqlara qarşı öz maraqları baxımından yanaşırlar. Bu da bəzi milli dövlətləri onlardan asılı edir ki, bunun da sonu heç də yaxşı olmur, əksinə milli dövlətlər sıradan çıxır. Biz bu faktı dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT-nin nümunəsində də görürük. Belə ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş dövlət qərarların qəbulunda heç də beynəlxalq hüquqa deyil, öz maraqlarına istinad edirlər. Bu da ayrı-ayrı problemlərə yanaşmada ikili standartların tətbiq olunması ilə nəticələnir. Beynəlxalq nizamı pozan böyük dövlətlər müəyyən ölkələrə qarşı əsassız qərarlar qəbul edərək orada müxtəlif bəhanələrlə dövlət çevrilişləri edir, həmin ölkələri xaos yuvasına çevirərək günahsız dinc insanları fəlakətlərlərə sürükləyirlər. Buna misal olaraq “ərəb baharı”nı göstərmək olar. Hazırda “ərəb baharı” 10 ildən çoxdur ki, bəzi ölkələrin və xalqların qanlı münaqişələr məngənəsində boğulması, dinc insalanların səfalətə düçar olması, təbii sərvətlərinin isə imperialist böyük dövlətlər tərəfindən talan edilməsi ilə müşayiət olunur.
Dünyada mövcud olan ikili standartların, beynəlxalq hüquq normalarının işləməməsinin acı təcrübəsini Azərbaycan da yaşayıb. 1990-cı illərin əvvəlində Ermənistan xarici havadarlarının dəstəyi ilə torpaqlarımızın 20 faizini işğal edərkən dünya birliyi buna susdu. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması haqqında 4 qətnamə qəbul etsə də, həmin qətnamələr 27 il kağız üzərində qaldı. Azərbaycan beynəlxalq birlikdən bu qətnamələrin icra edilməsi üçün Ermənistana qarşı addımlar atılmasını tələb etsə də, heç bir tədbir görülmədi. Halbuki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə saat ərzində icra olunub. Çünki həmin məsələlər böyük dövlətlərin maraqlarına uyğun idi. Azərbaycan isə 27 il gözlədikdən sonra bu qətnamələri öz gücünə icra etməyə məcbur oldu. Belə ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını erməni işğalından azad edərək beynəlxalq hüququ bərpa etdi. Ötən ilin sentyabr ayında Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam təmin olundu. Amma hər zaman beynəlxalq hüquqdan danışan bəzi böyük dövlətlər Azərbaycanın haqq işinə mane olmağa çalışsalar da, buna nail ola bilmədilər. Onlar həm 44 günlük müharibə, həm də antiterror tədbirləri zamanı ölkəmizə qarşı hədə-qorxu, təhdid dili ilə danışmağa çalışdılar. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bu məsələyə toxunub. Dövlətimizin başçısı deyib: “İkinci Qarabağ müharibəsindən sonra Qarabağda nələr baş verdiyindən tam xəbərdar idik, həm vizual, həm operativ nəzarət edirdik. Yəni bunu Ermənistana çatdırmağa çalışırdıq ki, bu, bizim nəzarətimizdədir və istənilən an biz əməliyyat keçirə bilərik”.
Həm Ermənistan rəhbərliyinə, həm də beynəlxalq aktorlara bir dəqiqə ərzində düyməyə basıb bu əməliyyatı keçirəcəyini, onların heç nə də edə bilməyəcəklərini açıq şəkildə dediyini vurğulayan dövlətimizin başçısı bildirib: “Bu hadisələrin gedişatı onu göstərdi ki, - hesab edirəm, bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, - bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil”.
Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan artıq regionda yeni reallıqlar yaradıb. Eyni zamanda, dövlətimiz davamlı olaraq təhlükəsizlik tədbirləri görür, öz hərbi və iqtisadi gücünü artırır. Bütün bunlar müstəqil dövlətimizi beynəlxalq təhdidlərdən qorumaq üçün vacib amildir. Eyni zamanda, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Digər tərəfdən, ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bütün bu amillər təbii ki, Azərbaycanın güclənməsini istəməyən xarici dairələrə də tutarlı cavabdır. Yəni ölkəmizin dünya miqyasında yüksək nüfuzu və güclü mövqeyi həmin dairələrin təhdid cəhdlərinin qarşısını alan amillər sırasındadır.
N. BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

