Avropanın “demokratiya arzuları”...
08.01.2024 [11:10]
“Kollektiv Qərbə” rəqib olan “köhnə qitə” yeni mərhələ axtarışında
Uzun illərdir ki, “aralıq mərhələ”ni aşa bilməyən Avropa İttifaqı deyəsən özünün prioritetlərində yenilik etmək, daha doğrusu, hədəf axtarışına çıxmaq niyyətinə düşüb. 20 illik interregnumun ardından dirçəlmək arzusunu “büruzə vermək” istəyən İttifaqın bu niyyətinin əsas mahiyyəti maraq doğurur. Xatırladaq ki, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen 2024-cü ili demokratiya üçün əsas il hesab edib. AK rəhbəri xatırladıb ki, bu il ABŞ-da prezident və Avropa Parlamentinə seçkilər keçiriləcək. Onun sözlərinə görə, AK açıq, azad demokratiyaların üstünlük təşkil etməsi üçün hər şeyi edəcək. Bundestaqda Xristian Sosial Birliyinin (CSU) dövlət qrupunun konfransında çıxışı zamanı o, həmçinin Avropa İttifaqını müdafiə qabiliyyətini gücləndirməyə çağırıb və vurğulayıb ki, Avropa müdafiəni əsas prioritet hesab etməlidir.
“Reanimasiyadan” demokratiya çağırışı...
Əslində fon der Lyayenin bu “çağırışı” ilk növbədə dizi üstə olan “Avropa demokratiyası”nın reanimasiyaya köçürülməsi üçün növbəti cəhddir. Avropa demokratiyasına “elektroşok” ehtiyacı isə fərqli məsələlərə əsaslanır. Müasir Avropa demokratiyası daha çox “hüquqi aspektə” istinad etməlidir ki, burada da hüququn hərəkət trayektoriyasını, yaşam qanunauyğunluqlarını, sərhədlərini əsas götürmək gərəkir. Avropa İttifaqı ideologiyası isə maliyyə korporasiyası üzərində bərqərar olduğu üçün bu kimi dəyərləri hər zaman ikinci planda təşfiq etməyə yönləndirirdi - Avropanın artıq dünyada “siyasi orbitr” (hakim) funksiyasını mənimsəməyə çalışması günün aspektindən daha böyük maraq doğurur. Populyarlığını itirməyə başlamış “kollektiv Qərb” anlayışı Avropanın timsalında yenidən fərdiçiliyə sürüklənir. “Kollektiv Qərbin” heç də “sülhsevər həvari” olmadığı anlaşıldığı üçün fikir ayrılıqları dərin çatlar verir və hədəfə çatma yolları da artıq fərqli trayektoriyalarla inkişaf etdirilir. “Kollektiv Qərb”in demokratiya, insan hüququ, qlobal dəyərlər kimi gəlişigözəl “sehrli sözlərinin” effektini itirdiyini anlayan Avropa kontinental dəyşikliklərlə yeni mühit formalaşdıra biləcəyini düşünür - başqa sözlə, “bizim demokratiya heç də Qərb demokratiyası ilə analogiya daşımır” fikrini təlqin etməyə çalışır.
Aşınan dəyərlərin “izi ilə”...
Haradan qaynaqlanır bu “Avropa demokratiyası” arzusu? Axı, bütövlükdə, “Qərb dəyəri” adı altında təbliğ olunan kollektiv təfəkkür və niyyətlər toplusu onsuz da mövcud idi- burada bir məqam artıq bariz şəkildə ortaya çıxır. Qərb və Avropa yollarını ayırır. Daha doğrusu, mərkəzçi Avropa özünün yolunu paralelləşdirir. İmperialist niyyətlərini artıq fərqli ad altında “bəyan edəcəklər” - kimliklərini gizlətməyəcək, niyyətlərini ört-basdır etməyəcəklər. Məsələn, Fransa kimi imperialist və neokolonist azularını heç bir zaman arxa plana keçirmək istəməyənlər yeni dövrdə Qərbin “demokratiya yürüşü”nü fərqli rakurslarda davam və inkişaf etdirəcəklər - Avropa İttifaqının 2023-cü ilin sonunda genişlənmə ilə bağlı vədləri, yeni namizədlərin irəli sürülməsi kimi məsələlər də bu arzu və niyyətin alt bazasını təşkil edir.
İkili standartlar, yoxsa “Qərb Qərbə qarşı”...
“Demokratik Avropa” çağırışı ilk növbədə əməldə ştrixlənməlidir - halbuki son 30 ildə kollektiv Qərbin separatizm kimi ağrılı və qəbulolunmaz mərəzə verdiyi qiymət birmənalı olmayıb. Priney yarımadasından üzü Şərqə doğru yol alan bu acı “həqiqətlə” ən azı hər min kilometrdən bir “rastlaşmalı” olursan. Öz “mətbəxlərində” baş verdiyi təqdirdə separatizmin qiymətləndirilməsi yekdil və obyektivdir - separatizmə imkan vermək olmaz, onun hər hansı bir təzahürləri belə qəbulolunmazdır. Amma “köhnə qitə”nin sərhədləri bitər-bitməz, hətta ənənəvi Qərbdən uzaqlaşan zaman bu məsələdə fikirlər də, qiymətləndirmələr də, münasibətlər də haçalanır - müasir dillə desək, ikili standartların “sərhədi” başlayır. Xüsusilə, Fransa separatizm “pandemiyası”nın yeni “ştammı” olmaq üçün dayanmadan güc sərf edir, başqa dövlətlər öz məmurlarının dili ilə də olsa, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını “şübhə altına almağa çalışır”, Xankəndinin, Şuşanın adlarını təhrif edir. Bu açıq deqradasiyadır - Qərbin “təsir rıçaqları” formalaşdırmaq uğrunda apardığı mübarizədə açıq məğlubiyyətinin elanıdır. Yeni “demokratiya oyunu” isə ötən illərin “demokratiya sammit”lərində alınan qərarların, əldə olunan “nailiyyətlərin” ürəkaçan olmadığını deməyə əsas verir. Bu dəfə hədəf dəyişir - deyəsən, yeni mərhələdə “Qərb Şərqə qarşı” proyeksiyası göz önündə “canlanacaq”...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44

