Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib
28.12.2023 [21:34]
Dekabrın 28-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. Partiyanın şəhər və rayon təşkilatlarının sədrləri iclasda onlayn formatda iştirak ediblər.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyi barədə məlumat verib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə dekabrın 26-da Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.
YAP Mərkəzi Aparatının rəhbəri prezident seçkiləri ilə bağlı partiyanın İdarə Heyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq qarşıda duran vəzifələrə toxunaraq gündəlikdə duran məsələləri elan edib.
İclasda ilk olaraq seçkilərlə əlaqədar bir sıra məsələlərə baxılıb.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzv, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev isə MSK-nın iclaslarını müşahidə edəcək şəxs təyin edilib. Bundan əlavə, səsvermə gününədək dairə seçki komissiyalarında, səsvermə günü Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparacaq şəxslərin, eləcə də səsvermə günü məntəqə seçki komissiyalarında müşahidə aparacaq şəxslərin və dairə və məntəqə seçki komissiyaları üzrə məşvərətçi səs hüquqlu üzvlərin təyin edilməsi barədə qərar qəbul olunub.
Sonra iclasda “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planının icrasının yekunlarına dair hesabat müzakirəyə çıxarılıb. Bildirilib ki, “Heydər Əliyev İli” ilə əlaqədar Tədbirlər Planı olduqca zəngin, rəngarəng və çoxşaxəli olub, nəzərdə tutulan bütün tədbirlərin icrası təmin edilib. İdarə Heyətinin üzvləri müzakirələrdən sonra hesabatı təsdiqləyiblər.
Daha sonra iclasda YAP Mərkəzi Aparatının və yerli təşkilatlarının 2024-cü il üçün gəlir-xərc smetaları təsdiq olunub. Eyni zamanda, partiyanın Qobustan, Lerik, Yardımlı, Xızı, Daşkəsən, Xocalı, Cəbrayıl, Qubadlı, Zəngilan, Şuşa, Xocavənd təşkilatlarının aparatlarına 2024-cü il üçün təsdiq edilmiş gəlir-xərc smetaları üzrə yaranmış mənfi fərqin qarşılanması məqsədilə dotasiyaların ayrılması və Yeni Azərbaycan Partiyasının cari fəaliyyəti ilə bağlı digər məsələlərə də baxılıb. Müzakirələr zamanı YAP Sədrinin müavini Əli Əhmədov, YAP İdarə Heyətinin üzvləri Bahar Muradova, Elmar Qasımov, Elşad Mirbəşiroğlu və Mübariz Qurbanlı məsələlərə münasibət bildirib, müvafiq qərarlar qəbul olunub.
İclasa yekun vuran YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın İdarə Heyətinin üzvlərini qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

