İsveç NATO-ya nə zaman üzv olacaq?
23.12.2023 [11:20]
Blinken prosesin tezliklə baş tutacağını desə də, Türkiyə öz mövqeyində qərarlıdır
İsveçin NATO-ya üzvlüyü Türkiyə və Macarıstandan asılıdır. Hər iki ölkə hələ də İsveçin üzvlüyünü ratifikasiya etməyə tələsmir. Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin bu prosesdəki addımlarını izlədiklərini bildirmişdi. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də İsveçin NATO-ya üzvlük protokolunu imzalayıb.
Bugünlərdə isə ABŞ dövlət katibi Entoni Blinken Dövlət Departamentində ilin yekunlarına dair mətbuat konfransında deyib ki, İsveç tezliklə NATO-ya qoşulacaq və bu, alyansın potensialını gücləndirməyə xidmət edəcək. Blinkenin fikrincə, Şimali Atlantika Alyansı 2023-cü ildə daha böyük və daha güclü olacaq. “Bu il NATO-nun 31-ci üzvü Finlandiya əlavə edildi və İsveç də yaxın gələcəkdə bura qoşulacaq ki, bu da müdafiə alyansının potensialını gücləndirəcək və imkanlarını gücləndirəcək”, - deyə ABŞ dövlət katibi bildirib.
Xatırladaq ki, dekabrın 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden NATO çərçivəsində əməkdaşlığı, eyni zamanda, İsveçin NATO-ya üzvlük məsələsini müzakirə ediblər. Bunun ardınca, ABŞ Dövlət Departamenti Türkiyəyə F-16 qırıcılarının satışının əleyhinə olmadığını bəyan edib. F-16-ların İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra Ankaraya göndəriləcəyi vurğulanır. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib: “Biz F-16-ların Türkiyəyə satışını dəstəkləyirik. Amma Konqresdə elə insanlar var ki, qırıcıların Türkiyəyə satışını yalnız İsveçin NATO-ya üzvlüyündən sonra səs verəcəklərini deyirlər”.
Amma İsveçin “Sveriges Radio”su ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən bildirib ki, İsveç gələn yaya qədər NATO-ya üzvlük üçün Türkiyənin ratifikasiyasını gözləməli ola bilər. Mənbənin sözlərinə görə, İsveçin NATO-ya üzvlüyü aylarla gecikə bilər. “Ümid edirəm ki, bu (NATO-nun ratifikasiyası) iyula qədər həyata keçiriləcək”, -deyə mənbə vurğulayıb.
Məlumdur ki, hələ bu ilin iyul ayında NATO-nun Vilnüs sammitində əsas müzakirə mövzularından biri İsveçin alyansa üzvlüyü məsələsi idi. Bu ölkənin alyansa üzvlüyü üçün Türkiyə müəyyən şərtlər irəli sürmüşdü. İsveç təşkilata üzv olmaq üçün Türkiyə qarşısında götürdüyü öhdəliyə əməl etməli, bəzi terrorçuları bu ölkəyə təhvil verməli idi. Eləcə də bu ölkənin PKK/YPG terror təşkilatına maliyyə dəstəyi dayandırılmalıdır.
Ötən müddət ərzində bir sıra addımlar atılıb. Hətta NATO-nun baş katibi Yens Stoltenberq sammit ərəfəsində İsveçin bütün öhdəlikləri yerinə yetirdiyini bəyan etmişdi. Amma Türkiyə bununla razı deyildi. Üstəlik, İsveçdə İslamın müqəddəs kitabı olan “Quran”ın dəfələrlə yandırılması, Türkiyənin dövlət rəmzlərinin təhqir olunması vəziyyəti gərginləşdirməyə xidmət edirdi. Bununla belə, İsveç milli qanunvericiliyə terrorla mübarizə ilə bağlı dəyişiklər etdi və digər addımlar atdı. Bu da Türkiyənin məsələyə yaşıl işıq yandırması inamını artırdı.
Doğrudur, NATO-nun Vilnüs sammitində İsveçin alyansa daxil olması üçün Türkiyə tərəfindən yaşıl işıq yandırılmışdı. Amma əsas məsələ İsveçin öz öhdəliklərini tam yerinə yetirməsi idi. Prezident Rəcəb Tayyib Ərdoğanın müvafiq protokolu parlamentin müzakirəsinə təqdim etməsi isə artıq İsveçin NATO-ya üzv olmasına ciddi əsaslar verir. Lakin protokolun təsdiq edilib-edilməməsi prosesin gedişindən asılıdır. Görünən odur ki, Ankara ABŞ-ın F-16 razılaşmasına əməl etməsini gözləyir.
N. BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35

