Ermənistanda seçkiqabağı mübarizə saxtakarlıq faktlarının ifşası ilə müşayiət olunur
04.04.2012 [00:43]
Ermənistanda may ayının 6-da keçiriləcək parlament seçkisi öncəsi siyasi vəziyyət daha da gərginləşib. Belə ki, parlamentdə yerlərə sahib olmaq uğrunda rəqabət aparan səkkiz partiya arasında mübarizə özünü qarşılıqlı ittihamlar şəklində biruzə verir. Artıq bir sıra partiyalar seçkiöncəsi mərhələdə kütləvi saxtakarlığa yol verildiyini sübuta yetirməyə başlayıblar. Məsələn, seçici siyahılarına illər öncə vəfat etmiş, yaxud artıq ölkədə yaşamayan insanların adlarının daxil edildiyi aşkarlanıb. Ermənistan Milli Konqresinin (EMK) rəhbəri Levon Ter-Petrosyan da faktla bağlı narahatlığını bildirərək, Ermənistanda yaşamayan 700 min şəxsin adının seçici siyahılarına salındığını bəyan edib. Eyni zamanda, “İrs” Partiyası seçicilərin sayının kəskin artması ilə bağlı məsələnin araşdırılması üçün baş prokurorluğa müraciət edib. Partiya nümayəndələrinin sözlərinə əsasən, ölkədə faktiki olaraq 2 milyon 870 min insan yaşadığı halda, seçicilərin sayı rəsmi dairələr tərəfindən 2,5 milyon nəfər göstərilir. Seçici siyahılarında əksini tapan bu saxtakarlıq Ermənistan ictimaiyyətində hakim Respublikaçılar Partiyasının seçkinin nəticəsini süni səslər hesabına öz xeyrinə həll etməyə yönələn addım kimi qiymətləndirilir.
Lakin Ermənistanda seçki ərəfəsində qeydə alınan saxtakarlıq və qanunsuzluq əməlləri bununla məhdudlaşmır. Məsələn, aşkarlanan faktlar onu deməyə əsas verir ki, Ermənistanda məktəblilərin valideynləri seçki günü səs vermək üçün “zəhmət çəkib” məntəqələrə getməli olmayacaqlar. çünki orta məktəb direktorlarının göstərişi əsasında müəllimlər şagirdlərin valideynlərinin şəxsiyyət vəsiqələrinin seriya nömrəsindən telefon nömrələrinədək bütün vacib məlumatları toplayaraq, onların əvəzindən səs vermək üçün lazım olan şəraiti yaradırlar. üstəlik, hakim partiyanın seçkiqabağı təşviqat başlanmadan məntəqələr yaradaraq, partiyaya səs verməyə çağıran plakatlar yerləşdirməsi daha bir qanun pozuntusu kimi tənqid olunub.
Lakin Ermənistanda elektoratın sayını artırmaq üçün müxtəlif yollara əl atan təkcə, hakim partiya deyil. Belə ki, seçkiyə qatılan digər partiyaların nümayəndələrinin də öz qohum-əqrəbalarını, qonşularını 10-15 dollar məbləğində pul qarşılığında partiya seçicilərinin sırasına daxil etməsi halları müəyyən olunub.
Yeri gəlmişkən, işğalçı ölkədə parlamentə düşmək uğrunda mübarizə aparan partiyalar bir-birini təkcə seçkiöncəsi saxtakarlıqda deyil, seçkiyə layiqli namizədlər çıxarmamaqda da ittiham edirlər. Ermənistanın müxalifət partiyaları hakim Respublikaçılar Partiyasının namizədlər siyahısını “parazitlər”, “satqınlar, xəyanətkarlar” siyahısı adlandırırlar. Ermənistan Milli Konqresinin deputatlığa namizədliyi irəli sürülən şəxslərdən biri isə ölkədə 5 il müddətində yaşamasını təsdiq edən sənəd ortaya çıxara bilməməsi nəticəsində qeydə alınmayıb. Bu isə Konqresin hakim partiyaya qarşı qəzəbini daha da artırıb.
Ermənistanda siyasi partiyaların seçkiyə ciddi cəhdlə hazırlaşmasına, amansız mübarizə aparmasına baxmayaraq, cəmiyyət daxilində süstlük və inamsızlıq hökm sürür. Bu, Ermənistan əhalisinin gələcəyə ümidinin qalmaması, psixoloji gərginliyi, ruh düşkünlüyü ilə bağlıdır. çünki əvvəlki illərin təcrübəsi bu ölkədə normal, ədalətli, şəffaf seçkinin keçirilməsinin mümkün olmadığını sübuta yetirib. Ermənistan cəmiyyəti nə zamansa ədalətli seçkilər nəticəsində müsbətə doğru dəyişikliklərin olacağına inamını tamamilə itirib. Güman etmək olar ki, 2008-ci ilin mart hadisəsi də belə bir əhval-ruhiyyənin yaranmasına təsir göstərə bilər. Xatırladaq ki, həmin dövrdə prezident seçkisinin nəticələrinə etiraz edən kütləni dağıtmaq məqsədi ilə Serj Sarkisyanın göstərişi əsasında mitinq iştirakçıları gülləbaran edilmişdi. Həmin hadisədən sonra Ermənistan əhalisinin hakim rejimin avtoritar idarəçiliyinin əsarəti altında qalması özünü daha aydın göstərdi. Sonrakı dövrlərdə Ermənistan əhalisinin siyasi rejimdən, sosial, iqtisadi vəziyyətdən narazılığı özünü kütləvi aksiyalarda, xüsusən də vətəndaşların xaricə artan miqrasiyası şəklində büruzə verdi. Sosial narazılığın durmadan artdığı bir vaxtda isə əhali arasındakı mövcud psixoloji gərginliyin nə ilə nəticələnəcəyini qabaqcadan söyləmək çətin olur. İstənilən halda, Ermənistandakı seçkiqabağı vəziyyət siyasi gərginliyin seçki günündə və ondan sonra da davam edəcəyini söyləməyə əsas verir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10

